"İpək Yolu Sığorta" nizamnamə kapitalını 2 dəfə artırır
03 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
152
03.11.2026, 15:55
Parlamentin bugünkü plenar iclasında Səbinə Əliyeva səs çoxluğu ilə yenidən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. İclasda iştirak edən deputatlardan 100 nəfəri onun Ombudsman olmasının lehinə, 1 nəfər əleyhinə səs verib, 7 nəfər isə səsvermədə bitərəf qalıb. Beləliklə, Səbinə Əliyeva növbəti 7 ildə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini icra etməyə davam edəcək.
Oxu24.com xəbər verir ki,Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Səbinə Əliyevanın həyat yoldaşı Siyavuş Novruzov səsvermədə iştirak etməyən həmkarının mövqeyini şərh edib:
"Parlamentdir də hər kəs azad səsvermə hüququna malikdir. Odur ki, bununla bağlı nəsə deyə, şərh verə bilmərəm", - deyə o vurğulayıb.
Xatırladaq ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Milli Məclis tərəfindən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili seçilib. Belə ki, iclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib. Əleyhinə və bitərəf səs verən deputat olmayıb, səs vermədə iştirak etməyən 1 deputat olub.
Qeyd edək ki, Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə anadan olub. İxtisasca hüquqşünasdır. Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 3-cü dərəcə dövlət müşaviridir. Səbinə Əliyeva Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşı, Milli Məclisin sabiq vitse-spikeri və Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır. Ombdsmanın iki övladı var.
17:10 / 03 Noyabr 2026
18
16:56 / 03 Noyabr 2026
63
16:51 / 03 Noyabr 2026
128
16:43 / 03 Noyabr 2026
69
16:35 / 03 Noyabr 2026
141
16:31 / 03 Noyabr 2026
114
16:23 / 03 Noyabr 2026
453
16:21 / 03 Noyabr 2026
119
16:13 / 03 Noyabr 2026
118
16:01 / 03 Noyabr 2026
202
15:52 / 03 Noyabr 2026
79
15:20 / 03 Noyabr 2026
121
15:05 / 03 Noyabr 2026
125
14:50 / 03 Noyabr 2026
134
14:50 / 03 Noyabr 2026
148
14:30 / 03 Noyabr 2026
212
14:24 / 03 Noyabr 2026
261
14:21 / 03 Noyabr 2026
245
14:15 / 03 Noyabr 2026
160
13:53 / 03 Noyabr 2026
137
13:49 / 03 Noyabr 2026
167
13:37 / 03 Noyabr 2026
555
13:25 / 03 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.