Məhkəmə Dənizə "yox" dedi: Afət Fərmanqızının xeyrinə qərar
22 Oktyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
57
23.10.2026, 12:10
Qaradağ Rayon İcra Hakimiyyətində ötən ilin noyabr ayında keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərlə bağlı hökmdən verilən apellyasiya şikayəti üzrə qərar çıxarılıb.
Oxu24.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov və Qaradağ rayon təsərrüfat şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayevin cəzaları 3 ay azaldılaraq 1 ilə endirilib.
Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsinin hökmünə əsasən, Nadir Mudadov da 2 il müddətinə dövlət orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Qafar Abdullayev 2 il müddətinə dövlət orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə, 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Digər təqsirləndirilən İsa Şəmsəliyev 10 min, Rəşad Nadirli 9500 manat miqdarında cərimələnib. Onlar da 2 il müddətə dövlət orqanlarında vəzifə tutma hüququndan məhrum edilib.
Əməliyyat zamanı saxlanılan Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov isə Nizami Rayon Məhkəməsinin qərarına əsasən, 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 min manat cərimə cəzasına məhkum edilib.
Xatırladaq ki, ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
İdarədə Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət işi başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Təqsdirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
12:51 / 23 Oktyabr 2026
1
12:49 / 23 Oktyabr 2026
11
12:45 / 23 Oktyabr 2026
21
12:42 / 23 Oktyabr 2026
23
12:34 / 23 Oktyabr 2026
252
12:20 / 23 Oktyabr 2026
53
12:18 / 23 Oktyabr 2026
57
12:15 / 23 Oktyabr 2026
78
12:13 / 23 Oktyabr 2026
64
12:07 / 23 Oktyabr 2026
247
12:00 / 23 Oktyabr 2026
54
11:43 / 23 Oktyabr 2026
257
11:23 / 23 Oktyabr 2026
74
11:19 / 23 Oktyabr 2026
83
11:17 / 23 Oktyabr 2026
329
11:05 / 23 Oktyabr 2026
83
10:55 / 23 Oktyabr 2026
446
10:50 / 23 Oktyabr 2026
87
10:31 / 23 Oktyabr 2026
156
10:29 / 23 Oktyabr 2026
84
10:25 / 23 Oktyabr 2026
203
10:24 / 23 Oktyabr 2026
84
09:54 / 23 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.