Vəkil kredit borcalanı əsgərliyə çağırıldıqda öhdəliyin aqibətini izah etdi
23 Oktyabr 2026, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
60
23.10.2026, 13:45
Azərbaycan səhiyyəsində mühüm yeniliyə imza atılıb.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 19 həftəlik hamilə qadının üzərində dünyada nadir hallarda tətbiq olunan laparoskopik uroloji əməliyyat uğurla icra edilib.
Əməliyyat 20 yaşlı, ilk hamiləliyini yaşayan qadın üzərində aparılıb. Hamiləlik dövründə arterial təzyiqinin dəfələrlə 170–180 mm civə sütununa qədər yüksəlməsi səbəbindən ultrasəs müayinəsindən keçirilən pasiyentin sağ böyrəküstü vəzisində 8 santimetr ölçüsündə törəmə aşkarlanıb.
ATU-nun Tədris Cərrahiyyə Klinikasına yerləşdirilən xəstənin instrumental və laborator müayinələri nəticəsində törəmənin feoxromositoma olduğu müəyyən edilib.
Feoxromositoma nadir rast gəlinən neyroendokrin törəmədir. Bu xəstəlik arterial təzyiqin qəfil və kəskin yüksəlməsinə səbəb ola bilər. Hamiləlik zamanı belə bir vəziyyətin yaranması isə həm ana, həm də bətnindəki körpənin həyatı üçün ciddi təhlükə yaradır.
Pasiyentin vəziyyəti nəzərə alınaraq, ginekoloq, endokrinoloq, kardioloq və anestezioloqların iştirakı ilə geniş tibbi konsultasiyalar, zəruri müayinə və əməliyyatöncəsi hazırlıq tədbirləri həyata keçirildikdən sonra 19 oktyabr 2026-cı il tarixində ATU-nun Tədris Cərrahiyyə Klinikasında sağ böyrəküstü vəzinin çıxarılması - sağtərəfli adrenalektomiya əməliyyatı laparoskopik üsulla uğurla icra olunub.
Açıq cərrahi müdaxilədən fərqli olaraq, laparoskopik üsul kiçik kəsiklər vasitəsilə həyata keçirilən müasir, minimal invaziv yanaşmadır. Hamiləlik dövründə, xüsusilə də ana və döl üçün ciddi risk yaradan belə bir xəstəlik zamanı bu metodun tətbiqi yüksək peşəkarlıq və diqqətli tibbi planlaşdırma tələb edir. Beləliklə, həyati risk yaradan vəziyyətə baxmayaraq, həkimlər ana və döl üçün yüksək risk daşıyan əməliyyatı müasir, minimal invaziv üsulla uğurla başa vurublar.
Əməliyyat ATU-nun Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev tərəfindən icra edilib.
Laparoskopik yanaşmanın ən böyük üstünlüyü odur ki, pasiyentin yüksək riskli və ağır bir əməliyyat keçirməsinə baxmayaraq, xəstəxanada qalma (hospitalizasiya) müddəti cəmi 2 gün çəkib. Artıq evə buraxılan pasiyent hazırda həkim nəzarətindədir. Hazırda həm ana, həm də dölün vəziyyəti yaxşıdır və heç bir risk yoxdur.
Azərbaycan tibb tarixində ilk olan bu uğurlu əməliyyat, hamiləliyin idarə edilməsi və minimal invaziv cərrahiyyə sahəsində mühüm bir nailiyyətdir.
Bu hadisə hamiləlik dövründə nadir və yüksək riskli xəstəliklərin müalicəsində müasir cərrahi texnologiyaların və müxtəlif ixtisaslı həkimlərin birgə fəaliyyətinin əhəmiyyətini bir daha nümayiş etdirir.
14:15 / 23 Oktyabr 2026
1
14:11 / 23 Oktyabr 2026
2236
14:10 / 23 Oktyabr 2026
24
13:47 / 23 Oktyabr 2026
58
13:31 / 23 Oktyabr 2026
137
13:26 / 23 Oktyabr 2026
73
13:25 / 23 Oktyabr 2026
70
13:21 / 23 Oktyabr 2026
77
13:11 / 23 Oktyabr 2026
70
13:09 / 23 Oktyabr 2026
78
13:02 / 23 Oktyabr 2026
68
12:57 / 23 Oktyabr 2026
77
12:52 / 23 Oktyabr 2026
143
12:51 / 23 Oktyabr 2026
69
12:49 / 23 Oktyabr 2026
76
12:45 / 23 Oktyabr 2026
69
12:42 / 23 Oktyabr 2026
65
12:34 / 23 Oktyabr 2026
1021
12:20 / 23 Oktyabr 2026
84
12:18 / 23 Oktyabr 2026
85
12:15 / 23 Oktyabr 2026
152
12:13 / 23 Oktyabr 2026
96
12:10 / 23 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.