Qaraciyər yağlanması bundan imiş - ŞOK SƏBƏB
11 Noyabr 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
235
22.10.2026, 22:14
II tip diabet diaqnozu alan insanlarda zaman keçdikcə ciddi sağlamlıq problemlərinin yaranma riski artır.
Oxu24.com xəbər verir ki, araşdırma ABŞ-də 1,6 milyondan çox diabet xəstəsinin məlumatları əsasında aparılıb və nəticələr Avropa Diabet Araşdırmaları Assosiasiyasının (EASD) illik konfransında təqdim olunacaq.
Araşdırmaya görə, diabet diaqnozundan sonra ilk 5 il ərzində xroniki böyrək xəstəliyi, ürək çatışmazlığı və ya ölüm riskinin orta göstəricisi 33 faizdir. 10 ildən sonra bu göstərici 55 faizə yüksəlir.
Tədqiqatda 2010-2024-cü illər arasında ilk dəfə II tip diabet diaqnozu qoyulan 1 milyon 617 min 508 xəstənin məlumatları araşdırılıb. İştirakçıların orta yaşı 59 olub. Onların 51 faizi qadın olub.
Xəstələrin əksəriyyətində əlavə risk faktorları da müəyyən edilib. Onların 72 faizində qanda xolesterin və digər yağların səviyyəsi yüksək olub. 68 faizində isə yüksək arterial təzyiq qeydə alınıb.
Araşdırma zamanı xroniki böyrək xəstəliyinin ürək çatışmazlığından daha tez-tez yarandığı məlum olub. İlk 5 il ərzində böyrək xəstəliyinin ürək çatışmazlığından əvvəl yaranma ehtimalı 19 faiz təşkil edib. Ürək çatışmazlığının əvvəl yaranma ehtimalı isə 8,3 faiz olub.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bu xəstəliklərdən birinin yaranması digərinin riskini də artırır. Ürək çatışmazlığı yaranan xəstələrdə sonrakı 5 il ərzində xroniki böyrək xəstəliyinin yaranma ehtimalı 42 faiz olub. Əvvəlcə xroniki böyrək xəstəliyi yarananlarda isə sonrakı 5 il ərzində ürək çatışmazlığı riski 23 faiz təşkil edib.
Tədqiqatın rəhbərlərindən biri, Qlazqo Universitetinin professoru Navid Sattar bildirib ki, nəticələr II tip diabetlə bağlı ciddi fəsadların riskinin zaman keçdikcə sürətlə artdığını göstərir.
Alimin sözlərinə görə, piylənmə, yağ mübadiləsinin pozulması, yüksək qan təzyiqi və qanda şəkərin yüksək olması qan damarlarına və vacib orqanlara zərər verə bilər.Yeniavaz.com
03:10 / 12 Noyabr 2026
18
01:25 / 12 Noyabr 2026
97
00:55 / 12 Noyabr 2026
107
00:43 / 12 Noyabr 2026
105
00:35 / 12 Noyabr 2026
229
00:33 / 12 Noyabr 2026
105
00:27 / 12 Noyabr 2026
114
00:24 / 12 Noyabr 2026
126
00:19 / 12 Noyabr 2026
138
00:17 / 12 Noyabr 2026
188
00:11 / 12 Noyabr 2026
133
23:54 / 11 Noyabr 2026
115
23:52 / 11 Noyabr 2026
119
23:50 / 11 Noyabr 2026
142
23:45 / 11 Noyabr 2026
1061
23:28 / 11 Noyabr 2026
112
23:24 / 11 Noyabr 2026
121
23:18 / 11 Noyabr 2026
134
23:09 / 11 Noyabr 2026
131
23:03 / 11 Noyabr 2026
118
23:01 / 11 Noyabr 2026
142
22:55 / 11 Noyabr 2026
117
22:38 / 11 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.