Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
12 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
231
23.10.2026, 14:10
Azərbaycanda Mülki Məcəllədə və "İcra haqqında" Qanununda dəyişiklik edilməsi I oxunuşda təsdiq edilib.
Oxu24.com xəbər verir ki, dəyişikliklər məhsul şəhadətnamələrinin təminatlı qiymətli kağız kimi hüquqi statusunu müəyyənləşdirir, onların öhdəliklərlə yüklənməsi qaydalarını dəqiqləşdirir və bu şəhadətnamələr üzrə öhdəliklər icra edilmədikdə xüsusi qeydin tətbiqini nəzərdə tutur.
Mülki Məcəlləyə yeni 1077-1-ci maddə əlavə olunur. Həmin maddəyə əsasən, məhsul şəhadətnaməsi aqrar məhsulun istehsalı və ya ilkin emalı məqsədilə borclu tərəfindən elektron qaydada buraxılan təminatlı qiymətli kağızdır. Bu sənəd borclunun şəhadətnamədə göstərilən qaydada aqrar məhsulu və ya pul məbləğini onun mülkiyyətçisinə təhvil vermək və ya çatdırmaq öhdəliyini təsbit edir. Şəhadətnamənin buraxılışı, dövlət qeydiyyatı və dövriyyəsi "Məhsul şəhadətnaməsi haqqında" Qanun və digər normativ hüquqi aktlarla tənzimlənəcək.
Dəyişikliklərlə məhsul şəhadətnamələri Mülki Məcəllənin qiymətli kağızlarla bağlı bir sıra müddəalarına da daxil edilir. Eyni zamanda, bu şəhadətnamələrin öhdəliklərlə yüklənməsinin ümumi qaydalardan fərqli olaraq "Məhsul şəhadətnaməsi haqqında" Qanuna uyğun həyata keçirilməsi nəzərdə tutulur.
"İcra haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, icra sənədlərinin siyahısına məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd əlavə olunur. Həmin qeydin məzmunu "Məhsul şəhadətnaməsi haqqında" Qanunla müəyyən ediləcək. Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra edilməlidir.
Qanun layihəsinə əsasən, hər iki qanuna edilən dəyişikliklər "Məhsul şəhadətnaməsi haqqında" Qanunla eyni gündə qüvvəyə minəcək.
16:25 / 12 Noyabr 2026
1
16:21 / 12 Noyabr 2026
22
15:55 / 12 Noyabr 2026
65
15:36 / 12 Noyabr 2026
268
15:15 / 12 Noyabr 2026
54
15:12 / 12 Noyabr 2026
72
14:15 / 12 Noyabr 2026
125
14:04 / 12 Noyabr 2026
338
13:59 / 12 Noyabr 2026
295
13:55 / 12 Noyabr 2026
113
13:45 / 12 Noyabr 2026
205
13:36 / 12 Noyabr 2026
258
13:29 / 12 Noyabr 2026
120
13:21 / 12 Noyabr 2026
141
13:20 / 12 Noyabr 2026
164
13:18 / 12 Noyabr 2026
513
13:16 / 12 Noyabr 2026
167
13:07 / 12 Noyabr 2026
451
13:04 / 12 Noyabr 2026
113
13:00 / 12 Noyabr 2026
128
12:40 / 12 Noyabr 2026
134
12:25 / 12 Noyabr 2026
159
12:05 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.