Azərbaycan və Hindistan XİN rəhbərlərinin təkbətək görüşü keçirilir
23 Oktyabr 2026, 11:23
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
57
23.10.2026, 11:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.
Oxu24.com xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə keçirilmiş görüşü xatırladaraq, Azərbaycana Baş nazir Narendra Modinin tapşırığına əsasən səfər etdiyini bildirib.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Dövlət başçısı Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşünü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırladıb. Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.
Azərbaycanın və Hindistanın Qlobal Cənubun bir hissəsi olaraq beynəlxalq gündəlikdə duran, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlərə dair oxşar maraqlardan çıxış etdikləri qeyd olunub. Bu xüsusda siyasi, iqtisadi-ticar, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunulub. Həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

11:43 / 23 Oktyabr 2026
35
11:23 / 23 Oktyabr 2026
43
11:17 / 23 Oktyabr 2026
195
11:05 / 23 Oktyabr 2026
65
10:55 / 23 Oktyabr 2026
327
10:50 / 23 Oktyabr 2026
73
10:31 / 23 Oktyabr 2026
115
10:29 / 23 Oktyabr 2026
75
10:25 / 23 Oktyabr 2026
188
10:24 / 23 Oktyabr 2026
75
09:54 / 23 Oktyabr 2026
75
09:48 / 23 Oktyabr 2026
481
09:46 / 23 Oktyabr 2026
180
09:41 / 23 Oktyabr 2026
77
09:28 / 23 Oktyabr 2026
90
09:26 / 23 Oktyabr 2026
151
09:23 / 23 Oktyabr 2026
77
01:23 / 23 Oktyabr 2026
242
01:06 / 23 Oktyabr 2026
99
00:56 / 23 Oktyabr 2026
105
00:14 / 23 Oktyabr 2026
108
00:00 / 23 Oktyabr 2026
136
23:58 / 22 Oktyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.