Bağırsaq mikroflorası niyə bu qədər vacibdir? Həkim səbəbləri AÇIQLADI
30 İyul 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
68
30.07.2026, 12:59
Bir çox insanlar hesab edir ki, hemoglobin göstəricisi 100-110 q/l və ya ondan yüksəkdirsə, artıq qanazlığından söhbət gedə bilməz. Halbuki mütəxəssislər bunun hər zaman doğru olmadığını bildirirlər.
Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim-terapevt Günel Qasımova qanazlığının yalnız hemoglobin göstəricisi ilə qiymətləndirilməsinin düzgün yanaşma olmadığını deyib.
Həkimin sözlərinə görə, qanazlığının diaqnozunda yalnız hemoglobinə əsaslanmaq ciddi yanlışlıqlara səbəb ola bilər. Çünki orqanizmdə dəmir ehtiyatları azalsa da, müəyyən müddət ərzində hemoglobin normal və ya normaya yaxın qala bilər. Bu səbəbdən xəstələr özlərini halsız, yorğun hiss etsələr də, sadəcə hemoglobin analizinə baxaraq “qanazlığı yoxdur” nəticəsinə gəlmək doğru deyil.
Günel Qasımova bildirib ki, qan yaranma prosesini qiymətləndirmək üçün bir neçə mühüm laborator göstərici birlikdə araşdırılmalıdır. Bunlardan biri hemoglobin olsa da, əsas göstəricilər sırasında ferritin, transferrin, dəmirin birləşmə qabiliyyəti (TIBC), fol turşusu və B12 vitamini də xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, ferritin orqanizmdə dəmir ehtiyatını göstərən ən vacib analizlərdən biridir. Ferritinin aşağı olması hələ hemoglobin düşməmiş belə dəmir çatışmazlığının başladığını göstərə bilər.
“Əgər bu göstəricilərdən hər hansı birində çatışmazlıq aşkarlanırsa, bu, qan yaranma prosesində problem olduğuna işarə edə bilər. Nəticədə müxtəlif növ anemiyalar inkişaf edə bilər. Buna görə də yalnız hemoglobin göstəricisinə əsaslanmaq düzgün yanaşma deyil”, – deyə həkim bildirib.
Mütəxəssis qeyd edib ki, gündəlik praktikada ən çox rast gəlinən problemlərdən biri dəmir defisitli anemiyadır. Bu problem xüsusilə qadınlarda, yeniyetmələrdə, intensiv böyümə dövründə olan uşaqlarda və abituriyentlərdə daha çox müşahidə edilir.
Həkimin sözlərinə görə, qadınlarda menstrual qanaxmalar, hamiləlik və südvermə dövrü dəmir ehtiyacını artırdığı üçün risk daha yüksək olur. Eyni zamanda düzgün qidalanmamaq, həzm sistemi xəstəlikləri və bəzi xroniki problemlər də dəmir çatışmazlığına səbəb ola bilər.
Günel Qasımova bildirib ki, dəmir çatışmazlığı yalnız halsızlıqla məhdudlaşmır. Xəstələrdə tez yorulma, başgicəllənmə, diqqət zəifləməsi, yaddaş problemləri, saç tökülməsi, dırnaqların kövrəkləşməsi, dəri solğunluğu, ürəkdöyünmə və fiziki fəaliyyət zamanı təngnəfəslik kimi əlamətlər də müşahidə oluna bilər.
Onun sözlərinə görə, B12 vitamini və fol turşusu çatışmazlığı isə fərqli tip anemiyalara səbəb olur. Bu zaman yalnız qanazlığı deyil, eyni zamanda əl və ayaqlarda keyimə, əsəb sistemi pozğunluqları, yaddaş zəifləməsi və koordinasiya problemləri də meydana çıxa bilər.
Həkim vurğulayıb ki, laborator analizlərdə hər hansı göstəricinin aşağı olması özbaşına vitamin və ya dəmir preparatlarının qəbul edilməsinə əsas vermir. Müalicə yalnız müayinələrin nəticəsinə və həkim qiymətləndirməsinə uyğun aparılmalıdır.
“Pasiyentlər bəzən yalnız hemoglobin analizini etdirirlər və nəticə normal çıxdıqda rahatlaşırlar. Halbuki ferritin və digər göstəricilər ciddi şəkildə aşağı ola bilər. Bu səbəbdən qanazlığının səbəbini müəyyən etmək üçün kompleks yanaşma vacibdir”, – deyə Günel Qasımova qeyd edib.
Terapevt sonda vətəndaşlara tövsiyə edib ki, uzun müddət davam edən halsızlıq, yorğunluq, diqqət azalması və digər oxşar şikayətlər olduqda bunu adi yorğunluq kimi qiymətləndirməsinlər. Vaxtında aparılan müayinələr həm gizli dəmir çatışmazlığını, həm də digər anemiya növlərini erkən mərhələdə aşkarlamağa və ağırlaşmaların qarşısını almağa imkan verir.
14:18 / 30 İyul 2026
1
13:59 / 30 İyul 2026
40
13:45 / 30 İyul 2026
48
13:42 / 30 İyul 2026
49
13:27 / 30 İyul 2026
52
13:16 / 30 İyul 2026
147
13:15 / 30 İyul 2026
59
13:12 / 30 İyul 2026
62
13:07 / 30 İyul 2026
299
12:48 / 30 İyul 2026
571
12:45 / 30 İyul 2026
67
12:35 / 30 İyul 2026
65
12:30 / 30 İyul 2026
69
12:29 / 30 İyul 2026
323
12:16 / 30 İyul 2026
513
12:15 / 30 İyul 2026
70
11:54 / 30 İyul 2026
67
11:39 / 30 İyul 2026
75
11:21 / 30 İyul 2026
74
11:10 / 30 İyul 2026
84
11:05 / 30 İyul 2026
72
10:52 / 30 İyul 2026
85
10:46 / 30 İyul 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.