Bağırsaq mikroflorası niyə bu qədər vacibdir? Həkim səbəbləri AÇIQLADI
30 İyul 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
68
30.07.2026, 12:15
Cəmiyyətdə plazmaferez üsulu ilə qanın təmizlənməsi proseduruna maraq kəskin şəkildə artıb. Bir çox insanlar allergiya, baş ağrısı və ya ümumi halsızlıq kimi problemlərdən azad olmaq üçün bu prosedura müraciət edərək böyük məbləğdə vəsait xərcləyirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, hər bir tibbi müdaxilə kimi plazmaferezin də konkret göstərişləri var və əsassız tətbiq fayda vermir. Profilaktik məqsədlə və ya xərçəngin qarşısını almaq adı ilə qan təmizlətmək elmi baxımdan özünü doğrultmur. Qanın təmizlənməsi yalnız müəyyən ağır xəstəliklər zamanı hayati əhəmiyyət kəsb edir və həkim nəzarəti altında aparılmalıdır. Bu mövzuda yaranan yanlış yanaşmalara aydınlıq gətirmək üçün həkim Füzuli Hüseynov Oxu24.com-a mühüm açıqlama verib.
Füzuli Hüseynov bildirib ki, hazırda membranlı plazmaferez vasitəsilə qanın təmizlənməsi geniş tətbiq edilsə də, pasiyentlər arasında ciddi yanlışlıqlar mövcuddur:
"Hər gün şahidi oluruq ki, allergiyası olan insanlar gedib 100 manatdan çox pul xərcləyib qanlarını təmizlətdirirlər, lakin bunun heç bir xeyri və əhəmiyyəti yoxdur. Eynilə baş ağrısı üçün, özünü pis hiss etdiyi üçün və ya 'gedim təmizlətdirim xərçəng olmayım' düşüncəsi ilə plazmaferez etdirmək tamamilə əsassızdır”.
Onun sözlərinə görə, bu prosedur yalnız müəyyən ağır hallarda effektivdir:
“Məsələn, şəkər xəstəliyindən aşırı dərəcədə əziyyət çəkən pasiyentlərdə son mərhələdə diabetik angiopatiya, yəni kapilyar keçməzliyi inkişaf edir. Bu zaman əl və ayaqda yaranan kiçik bir yara belə toxuma itkisi və amputasiya riski yaradır. Məhz bu vəziyyətdə olan şəxslər mütləq plazmaferez olunmalıdırlar ki, qan dövranı bərpa olunsun”.
Sonda o qeyd edib ki, bir sözlə, prosedurun nə üçün edildiyini dəqiq bilmək lazımdır, yoxsa boş yerə pul və vaxt itkisidir.
13:42 / 30 İyul 2026
1
13:27 / 30 İyul 2026
24
13:16 / 30 İyul 2026
98
13:15 / 30 İyul 2026
44
13:12 / 30 İyul 2026
48
13:07 / 30 İyul 2026
203
12:59 / 30 İyul 2026
47
12:48 / 30 İyul 2026
417
12:45 / 30 İyul 2026
58
12:35 / 30 İyul 2026
57
12:30 / 30 İyul 2026
61
12:29 / 30 İyul 2026
276
12:16 / 30 İyul 2026
452
11:54 / 30 İyul 2026
63
11:39 / 30 İyul 2026
72
11:21 / 30 İyul 2026
69
11:10 / 30 İyul 2026
81
11:05 / 30 İyul 2026
68
10:52 / 30 İyul 2026
83
10:46 / 30 İyul 2026
77
10:40 / 30 İyul 2026
75
10:30 / 30 İyul 2026
76
10:24 / 30 İyul 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.