Kök adamlarda bu xəstəlik ola bilər - HƏKİM
25 Sentyabr 2026, 22:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
267
28.07.2026, 16:10
Onurğa problemləri olan insanların əksəriyyəti düşünür ki, bel və ya onurğa korseti nə qədər uzun müddət istifadə olunsa, bir o qədər faydalıdır. Halbuki mütəxəssislər bunun tam əksini deyirlər. Həkim-vertebroloq Ruhel Qasımov Oxu24.com-a açıqlamasında bildirib ki, tibbi korsetlər yalnız düzgün göstəriş olduqda və müəyyən müddət ərzində istifadə edilməlidir. Əks halda, onların uzun müddət taxılması əzələ sisteminin zəifləməsinə və onurğa problemlərinin daha da dərinləşməsinə səbəb ola bilər.
Həkimin sözlərinə görə, korsetlər müxtəlif onurğa xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tətbiq edilir. Xüsusilə skolioz, kifoz, onurğanın müxtəlif deformasiyaları, fəqərə problemləri və bəzi travmalardan sonrakı dövrdə korsetdən istifadə tövsiyə oluna bilər. Lakin bu, o demək deyil ki, pasiyent gün ərzində fasiləsiz şəkildə 4-5 saat, 6 saat və ya bütün günü korset taxmalıdır.
Ruhel Qasımov qeyd edib ki, fəqərə disk problemləri və ya digər onurğa xəstəlikləri zamanı korsetin əsas məqsədi onurğaya müvəqqəti dəstək vermək, ağrını azaltmaq və əzələlərin üzərinə düşən yükü qismən yüngülləşdirməkdir. Ancaq bu dəstək daimi olmamalıdır. Çünki insanın dik durmasını təmin edən əsas qüvvə korset deyil, bel və onurğa ətrafındakı əzələ qruplarıdır.
Mütəxəssis bildirib ki, korset uzun müddət istifadə edildikdə həmin əzələlər tənbəlləşməyə başlayır. Əzələlər işləmədiyi üçün onların gücü azalır, dözümlülüyü zəifləyir və nəticədə insan korsetdən asılı vəziyyətə düşə bilir. Bir müddət sonra korset çıxarıldıqda isə bədənin öz əzələləri onurğanı kifayət qədər dəstəkləyə bilmir və əyilmə əvvəlkindən də daha çox nəzərə çarpır.
Həkimin sözlərinə görə, xüsusilə skolioz və kifoz diaqnozu qoyulan pasiyentlərdə bu məqama ciddi diqqət yetirilməlidir. Bəzi hallarda valideynlər uşaqlarının gün ərzində daim korset taxmasının daha faydalı olacağını düşünürlər. Halbuki hər bir xəstə üçün korsetdən istifadə müddəti fərdi şəkildə müəyyən edilir və bu müddət həkim nəzarəti altında olmalıdır.
Ruhel Qasımov vurğulayıb ki, uşaqlarda onurğa əyriliklərinin müalicəsində korset mühüm rol oynasa da, onun istifadəsi müalicənin yalnız bir hissəsidir. Əsas məqsəd onurğanı düz saxlamaqla yanaşı, həmin vəziyyəti təmin edən əzələləri də gücləndirməkdir. Əgər uşaq yalnız korset taxır, lakin müalicəvi gimnastika və xüsusi məşqlərlə məşğul olmursa, gələcəkdə korset çıxarıldıqdan sonra problem yenidən ortaya çıxa bilər.
Vertebroloq bildirib ki, korset istifadə edilən dövrdə mütləq xüsusi fizioterapiya proqramları və müalicəvi idman hərəkətləri də aparılmalıdır. Çünki məhz həmin məşqlər bel, qarın və onurğa ətrafındakı dərin əzələləri gücləndirərək insanın korsetsiz də düzgün duruşunu qorumasına kömək edir.
Həkim əlavə edib ki, bəzi insanlar internetdə gördükləri məsləhətlərə əsaslanaraq və ya tanış tövsiyəsi ilə özbaşına korset alır və istifadə edirlər. Bu isə düzgün yanaşma deyil. Korsetin növü, ölçüsü, istifadə müddəti və hansı saatlarda taxılması mütləq mütəxəssis tərəfindən müəyyənləşdirilməlidir. Yanlış seçilmiş və ya lazımsız istifadə olunan korset fayda vermək əvəzinə sağlamlığa zərər vura bilər.
Ruhel Qasımovun sözlərinə görə, məqsəd insanı ömürboyu korsetdən asılı vəziyyətdə saxlamaq deyil. Əsas hədəf onurğanı dəstəkləyən əzələ sistemini gücləndirmək, düzgün duruş vərdişi formalaşdırmaq və pasiyentin gələcəkdə korsetsiz normal həyatını davam etdirməsini təmin etməkdir.
Həkim sonda bir daha vurğulayıb ki, korset müalicənin əsas vasitəsi deyil, yalnız köməkçi elementidir. Onun düzgün istifadə olunması, fizioterapiya, müalicəvi idman və həkim nəzarəti ilə birlikdə aparılması daha uğurlu nəticələrin əldə edilməsinə imkan verir. Bu səbəbdən onurğa problemləri olan şəxslər korsetdən istifadə etməzdən əvvəl mütləq vertebroloq və ya ortoped həkimin müayinəsindən keçməli və müalicə planını fərdi şəkildə müəyyənləşdirməlidirlər.
09:50 / 27 Sentyabr 2026
4
09:49 / 27 Sentyabr 2026
1
09:46 / 27 Sentyabr 2026
15
09:31 / 27 Sentyabr 2026
37
09:19 / 27 Sentyabr 2026
44
09:14 / 27 Sentyabr 2026
52
09:09 / 27 Sentyabr 2026
46
08:36 / 27 Sentyabr 2026
59
08:21 / 27 Sentyabr 2026
662
07:53 / 27 Sentyabr 2026
70
07:47 / 27 Sentyabr 2026
66
01:36 / 27 Sentyabr 2026
1200
01:03 / 27 Sentyabr 2026
236
00:54 / 27 Sentyabr 2026
79
00:37 / 27 Sentyabr 2026
1490
00:20 / 27 Sentyabr 2026
90
00:06 / 27 Sentyabr 2026
93
23:58 / 26 Sentyabr 2026
447
23:09 / 26 Sentyabr 2026
113
22:54 / 26 Sentyabr 2026
834
22:48 / 26 Sentyabr 2026
256
22:16 / 26 Sentyabr 2026
84
21:58 / 26 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.