Qaynar xətt:

(+99450) 247 90 86

Həbsxanadan skuterlə qaçan Gündüz haqda ŞOK FAKTLAR 

Həbsxanadan skuterlə qaçan Gündüz haqda ŞOK FAKTLAR 

DÜNYA

52

09.11.2026, 12:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyada 17 il həbs cəzasına məhkum edilmiş narkotik baronu Diyar Gündüz yüksək təhlükəsizlikli həbsxanadan həkim müayinəsi adı ilə çıxarıldıqdan sonra qaçıb.

Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Almaniyanın Essen şəhərində baş verib.

Almaniyanın “Bild” qəzetinin məlumatına görə, Essen həbsxanasında saxlanılan Diyar Gündüz iki penitensiar xidmət əməkdaşının müşayiəti ilə şəhər mərkəzindəki tibb müəssisəsinə aparılıb. Müayinə mərkəzinin pilləkən boşluğunda iki maskalı şəxs əməkdaşlara hücum edərək onları zərərsizləşdirib.

Bundan sonra Gündüz ayaq qandallarını çıxararaq binanı tərk edib və elektrikli skuterlə qaçıb. Ona kömək edən iki nəfər də hadisə yerindən uzaqlaşıb.

Alman polisi Gündüzün və ona yardım edən şəxslərin axtarışını davam etdirir. Polis nümayəndəsi hər üç şəxsin hələ də axtarışda olduğunu bildirib.

Hadisənin ən diqqətçəkən tərəfi isə qandalların necə açılması ilə bağlıdır. Almaniya Xəbər Agentliyinin məlumatına görə, Şimali Reyn-Vestfaliya əyalətinin ədliyyə naziri Benjamin Limbax parlament komissiyasında məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, Gündüzə taxılan qandalların fərdi kilid sistemi olmayıb. Eyni model qandalları açan universal açarların internetdə 10 avrodan ucuz qiymətə satıldığı qeyd olunub.

Hadisədən sonra məhbusların həbsxanadan kənara, o cümlədən tibbi müayinəyə aparılması zamanı tətbiq edilən təhlükəsizlik prosedurlarının yenidən nəzərdən keçirilməsinə başlanılıb.

Qeyd edək ki, 34 yaşlı Diyar Gündüz narkotik qaçaqmalçılığı və ağır xəsarət yetirmə cinayətlərinə görə ümumilikdə 17 il müddətinə azadlıqdan məhrum edilib. O, 2025-ci ildə 94 kiloqram kokain daşınması və bir şəxsin günlərlə qanunsuz saxlanılaraq döyülməsi ilə bağlı iş üzrə məhkum olunub.

Musavat