Pərvanə Vəliyeva: Üçrəngli bayrağımız tarixi yaddaşımızın ifadəsidir
09 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
49
09.11.2026, 11:56
Azərbaycan xalqının milli dövlətçilik tarixinin və müstəqillik ideallarının ən müqəddəs rəmzlərindən olan üçrəngli Dövlət Bayrağımızın yenidən dövlət atributu kimi qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi uzaqgörənliyi, sarsılmaz qətiyyəti və milli dövlətçilik ənənələrinin bərpası istiqamətindəki misilsiz xidmətləri ilə bağlıdır.
Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Oxu24.com-a açıqlamasında bildirib.
Zaur Şükürov xatırladıb ki, 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tarixi sessiyasında Azərbaycan dövlətçiliyinin bərpası yolunda müstəsna əhəmiyyət daşıyan qərarlar qəbul edilərək, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq olundu və Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı.Həmin dövrün mürəkkəb siyasi şəraitini nəzərə aldıqda, Sovet hakimiyyətinin hələ mövcud olduğu bir zamanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən bu qərarların nə qədər böyük siyasi iradə, uzaqgörənlik və cəsarət tələb etdiyini daha aydın görmək mümkündür; məhz Azərbaycanın gələcək dövlət müstəqilliyinə aparan yolun mühüm mərhələlərindən birinə çevrilən həmin tarixi hadisəni Ümummilli Lider belə xarakterizə edirdi: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq.”
Zaur Şükürovun sözlərinə görə, Naxçıvan Ali Məclisinin tarixi qərarı Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpası və inkişafı istiqamətində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin müstəqilliyə aparan yolunda müstəsna siyasi əhəmiyyət kəsb etdi. Ali Məclis bununla kifayətlənməyərək, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli Bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırdı. Bu tarixi təşəbbüsün davamı olaraq, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti «Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında» Qanunu qəbul edərək üçrəngli Bayrağımızı yenidən dövlət bayrağı elan etdi. Ulu Öndər Heydər Əliyev sonralar bu qərarların Azərbaycanın siyasi və dövlətçilik tarixindəki müstəsna rolunu xüsusi vurğulayaraq qeyd edirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar bütövlükdə Azərbaycanın siyasi həyatına ciddi təsir göstərmişdir. Ulu Öndərin dediyi kimi: “Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.” Bu hadisə Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malikdir.
Millət vəkili əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və tarixi iradəsi sayəsində üçrəngli Dövlət Bayrağımız yenidən ucaldılaraq xalqımızın milli yaddaşı, azadlıq idealları və Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlətçilik irsi ilə mənəvi-siyasi bağlılığının bərpasına güclü təkan verdi. Bu gün müstəqil Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalanan üçrəngli Bayrağımız xalqımızın azadlıq əzminin, milli birliyinin, suverenliyinin və müstəqil dövlətçilik iradəsinin təcəssümüdür. Bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətləri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.
Z. Şükürov sonda qeyd edib ki, Fəxr edirik və xoşbəxt xalqıq ki, Prezident İlham Əliyevin mükəmməl sərkərdəliyi, liderliyi, Silahlı Qüvvələrimizin qeyri-adi şücaəti, şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığı sayəsində əldə olunmuş tarixi Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin edilməsindən sonra müqəddəs üçrəngli bayrağımız bütün ərazilərimizdə qürurla və əzəmətlə dalğalanır.Müstəqllliyimiz əbədi olsun, şanlı Dövlət Bayrağımız daim uca zirvələrdə dalğalansın!
12:03 / 09 Noyabr 2026
49
11:56 / 09 Noyabr 2026
50
11:43 / 09 Noyabr 2026
56
11:37 / 09 Noyabr 2026
138
11:34 / 09 Noyabr 2026
60
11:30 / 09 Noyabr 2026
55
11:22 / 09 Noyabr 2026
73
11:09 / 09 Noyabr 2026
179
11:05 / 09 Noyabr 2026
109
10:55 / 09 Noyabr 2026
160
10:51 / 09 Noyabr 2026
304
10:44 / 09 Noyabr 2026
147
10:38 / 09 Noyabr 2026
200
10:30 / 09 Noyabr 2026
118
10:27 / 09 Noyabr 2026
103
10:10 / 09 Noyabr 2026
176
10:09 / 09 Noyabr 2026
196
10:00 / 09 Noyabr 2026
229
09:36 / 09 Noyabr 2026
1308
09:26 / 09 Noyabr 2026
111
09:19 / 09 Noyabr 2026
149
08:46 / 09 Noyabr 2026
118
08:42 / 09 Noyabr 2026
879
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.