Ağciyər xərçəngi niyə gec aşkarlanır?
07 İyul 2026, 17:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
82
07.07.2026, 16:01
Müasir dövrdə bir çox insan sinə nahiyəsində yaranan qəfil ağrı və yanma hissi ilə qarşılaşdıqda dərhal infarkt keçirdiyini düşünərək böyük təşvişə düşür. Lakin tibbi araşdırmalar və reallıq göstərir ki, döş qəfəsindəki hər bir göynəmə heç də həmişə ürək-damar sistemi xəstəliklərindən qaynaqlanmır. Çox vaxt bu cür aldadıcı və qorxulu simptomların arxasında tamamilə fərqli bir orqanın patologiyası — mədə yırtığı problemi gizlənir.
Bu ciddi mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Ümumi və Transplantasiya Cərrahı Dr. Lalə İsmayılova əhalini diqqətli olmağa çağırıb. Tanınmış mütəxəssis, xüsusilə ürək ağrıları ilə qarışdırılan mədə yırtığının yaranma mexanizmini və insan orqanizmində özünü büruzə vermə formalarını ətraflı şəkildə izah edib.
Mədə yırtığı nədir və necə yaranır?
Cərrah qeyd edib ki, mədə normalda qarın boşluğunda yerləşən bir orqandır. Qarın boşluğunu döş qəfəsinden ayıran əzələvi orqan isə diafraqmadır. Diafraqma üzərindəki dəlikdə hər hansı bir problem yarandıqda və ya qida borusunun mədəyə keçən hissəsindəki sfinkterin işi pozulduqda mədənin bir hissəsi sürüşərək döş qəfəsinə doğru yerini dəyişir. Nəticədə tibbdə "mədə yırtığı" adlanan patologiya formalaşır.
Bu əlamətlərə DİQQƏT: Səs batmasından boğulma tutmalarına qədər!
Dr. Lalə İsmayılova mədə yırtığının özünü bir çox fərqli və çaşdırıcı simptomlarla büruzə verdiyini vurğulayıb. Həkimin sözlərinə görə, xəstəlik zamanı ən çox müşahidə olunan əlamətlər bunlardır:
•Sinədə yanma və göynəmə hissi;
•Ağıza turş mayenin (mədə şirəsinin) gəlməsi;
•Döş qəfəsi nahiyəsində kəskin ağrılar;
•Boğazda qıcıqlanma və xüsusilə gecə saatlarında özünü göstərən öskürəklər;
•Gecə boğulma tutmaları;
•Səsin karlaşması və ya tamamilə batması.
Həkim bildirir ki, bu cür əlamətlərlə qarşılaşan şəxslər vaxt itirmədən mütəxəssisə müraciət etməli və problemin ürəkdən, yoxsa mədə sistemindən qaynaqlandığını dəqiqləşdirməlidirlər.
Çimnaz
17:55 / 07 İyul 2026
2
17:55 / 07 İyul 2026
23
17:40 / 07 İyul 2026
29
17:38 / 07 İyul 2026
27
17:30 / 07 İyul 2026
30
17:22 / 07 İyul 2026
49
17:18 / 07 İyul 2026
56
17:11 / 07 İyul 2026
54
17:05 / 07 İyul 2026
71
17:04 / 07 İyul 2026
65
16:47 / 07 İyul 2026
72
16:35 / 07 İyul 2026
68
16:19 / 07 İyul 2026
92
16:13 / 07 İyul 2026
75
16:09 / 07 İyul 2026
88
15:58 / 07 İyul 2026
91
15:43 / 07 İyul 2026
79
15:42 / 07 İyul 2026
96
15:36 / 07 İyul 2026
87
15:33 / 07 İyul 2026
102
15:12 / 07 İyul 2026
100
15:08 / 07 İyul 2026
86
15:05 / 07 İyul 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.