Hər səhər qəhvə içənlər bunu BİLMƏLİDİR!
11 Noyabr 2026, 10:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1358
27.05.2026, 21:18
Azərbaycanda son illər yuxu pozğunluqları ilə bağlı müraciətlərin sayı sürətlə artır. Xüsusilə xorultu, yuxuda nəfəs dayanması, xroniki yorğunluq və səbəbsiz yüksək təzyiqdən əziyyət çəkən şəxslər yuxu laboratoriyalarına yönləndirilir. Həkimlər bildirirlər ki, bir çox hallarda bu problemlərin arxasında “apnoye sindromu” dayanır.
Oxu24.com xəbər verir ki,polisomnoqrafiya isə bu xəstəliyin diaqnostikasında istifadə olunan əsas müayinə üsuludur.
Polisomnoqrafiya yuxu zamanı bədənin funksiyalarını ölçən xüsusi diaqnostik testdir. Müayinə zamanı insanın yuxu mərhələləri, nəfəs ritmi, ürək döyüntüsü, qandakı oksigen səviyyəsi və bədən hərəkətləri izlənilir. Bu üsul əsasən yuxu pozğunluqlarını və yuxuda tənəffüs problemlərini, xüsusilə apnoye sindromunu müəyyən etmək üçün tətbiq olunur.
Otolarinqoloqların sözlərinə görə, apnoye sindromu tənəffüs yollarının daralması nəticəsində yaranır və ağır hallarda həyati təhlükəyə səbəb ola bilər. Bildirilir ki, bu sindromdan əziyyət çəkən şəxslərdə yuxuda ölüm halları digərlərinə nisbətən təxminən 5 faiz daha çox müşahidə olunur.
Qeyd olunur ki, yuxu zamanı nəfəsin qısa müddətli dayanması baş verir. Bu zaman insanı vəziyyətdən çıxarmaq üçün beyin davamlı şəkildə oyanır və orqanizmdə ciddi dəyişikliklər yaranır. Nəticədə arterial qan təzyiqi yüksəlir. Hazırda beynəlxalq tibbi statistikada yüksək təzyiqin əsas səbəblərindən biri kimi məhz apnoye sindromu göstərilir.
Otolarinqoloqlar vurğulayırlar ki, problemin diaqnostikası yalnız yuxu zamanı mümkündür. Çünki sindrom özünü əsasən yuxuda göstərir.
Araşdırmalara əsasən, 30 yaşdan yuxarı insanların təxminən 5 faizi bu sindromdan əziyyət çəkir. Yaş artdıqca risk daha da yüksəlir. 60 yaşdan yuxarı şəxslərin isə təxminən yarısında müxtəlif dərəcəli apnoye sindromu aşkarlanır.
Azərbaycanda aparılan müşahidələr zamanı heç bir şikayəti olmayan sağlam insanlar üzərində də araşdırma aparılıb və məlum olub ki, ölkədə insanların təxminən 14 faizində bu sindroma rast gəlinə bilər.
Xəstəlik əsasən 40 yaşdan sonra səbəbsiz kökəlmə, güclü xoruldama və nəzarət altına alınmayan yüksək təzyiqlə özünü büruzə verir. Apnoye sindromundan əziyyət çəkən şəxslər dərin yuxuya gedə bilmirlər. Bu isə piylərin əriməsinə cavabdeh olan somototrop hormonunun ifrazını azaldır və nəticədə insan sürətlə çəki almağa başlayır.
Həkimlər bildirirlər ki, belə şəxslər ildə orta hesabla 5-6 kiloqram kökələ bilər. Bu isə tənəffüs yollarının daha da daralmasına və problemin ağırlaşmasına səbəb olur.
Apnoye sindromu olan şəxslərdə şəkərli diabet, arterial hipertenziya, aritmiya, ürəyin işemik xəstəliyi, miokard infarktı, yaddaş zəifləməsi, görmə problemləri, beyin funksiyalarının pozulması və vaxtından əvvəl beyin qocalması riski artır. Bundan əlavə, hemorragik insult kimi həyati təhlükəli xəstəliklərin yaranma ehtimalı da yüksəlir.
Otolarinqoloqlar bildirirlər ki, sindromun simptomları qeyri-spesifik olduğundan bir çox başqa xəstəliklə qarışdırıla bilər.
Xəstəliyin ağırlıq dərəcəsi isə yuxu zamanı bir saat ərzində nəfəs dayanmasının sayına görə müəyyən edilir. Saatda 10-15 dəfə nəfəs dayanması yüngül, 15-30 dəfə ağır, 30-dan çox olması isə çox ağır forma hesab edilir.
Apnoye sindromunun müalicəsi xəstəliyin formasına uyğun aparılır. Müalicə üsullarına dərman terapiyası, cərrahi əməliyyat və CPAP terapiyası daxildir. CPAP terapiyası zamanı xəstə ev şəraitində xüsusi maskadan istifadə edir və bu maska yuxu zamanı tənəffüs yollarını açıq saxlayır.
Otolarinqoloqlar vurğulayırlar ki, düzgün və vaxtında diaqnoz həm yuxu keyfiyyətini, həm də ümumi həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
11:49 / 11 Noyabr 2026
1
11:43 / 11 Noyabr 2026
84
11:34 / 11 Noyabr 2026
41
11:32 / 11 Noyabr 2026
97
11:28 / 11 Noyabr 2026
90
11:16 / 11 Noyabr 2026
246
11:13 / 11 Noyabr 2026
67
11:11 / 11 Noyabr 2026
95
11:06 / 11 Noyabr 2026
82
10:56 / 11 Noyabr 2026
294
10:51 / 11 Noyabr 2026
98
10:45 / 11 Noyabr 2026
101
10:33 / 11 Noyabr 2026
93
10:19 / 11 Noyabr 2026
95
10:13 / 11 Noyabr 2026
95
10:10 / 11 Noyabr 2026
94
10:10 / 11 Noyabr 2026
269
10:09 / 11 Noyabr 2026
154
09:56 / 11 Noyabr 2026
88
09:37 / 11 Noyabr 2026
914
09:35 / 11 Noyabr 2026
126
09:29 / 11 Noyabr 2026
99
09:25 / 11 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.