Yüksək təzyiqə qarşı inqilabi kəşf
09 Noyabr 2026, 15:23
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
310
09.09.2026, 20:55
Müasir dövrdə müzakirə olunan və qəbul edilən qida əlavələrindən biri də məhz maqneziumdur. Orqanizmin düzgün fəaliyyəti, sinir sisteminin sakitləşməsi və enerji balansının qorunması üçün bu elementin rolu əvəzedilməzdir. Lakin çoxları maqneziumun müxtəlif növlərinin olduğunu və hər birinin ayrı-ayrı sağlamlıq problemlərinə təsir etdiyini bilmir. Yanlış seçilən növ isə istənilən effekti verməyə bilər. Mütəxəssislər məhz bu səbəbdən maqnezium qəbul edərkən xəstəliyin spesifikasına diqqət yetirməyin vacibliyini vurğulayırlar.
Məsələ ilə bağlı gastroenteroloq Nazlı Qasımova Oxu24.com-a açıqlamasında bildirib ki, maqnezium növləri xəstəliklərdən və mövcud şikayətlərdən asılı olaraq müxtəlif saatlarda və fərqli formalarda qəbul edilməlidir:
“Əgər qəbizlik, bağırsaq sancıları və həzm problemi kimi mədə-bağırsaq narahatlıqlarından əziyyət çəkirsinizsə, Maqnezium Sitrat daha məqsədəuyğundur. Onu səhər və axşam saatlarında, yeməklərdən 2 saat sonra qəbul etmək tövsiyə olunur.
Keyfiyyətli yuxu rejiminiz yoxdursa və gün ərzində gümrah olmaq istəyirsinizsə, axşam saatlarında Maqnezium Qlisinat seçiminə üstünlük verilməlidir”.
Onun sözlərinə görə, şəkərli diabet, arterial təzyiq, insulin direnci və artıq çəki kimi metabolik problemləri olan şəxslər üçün Maqnezium Taurat qəbul etmək daha faydalıdır:
“Əgər özünüzü tez yorğun hiss edir və enerjisiz olduğunuzu düşünürsünüzsə, Maqnezium Malat səhər saatlarında qəbul edilməlidir”.
15:54 / 09 Noyabr 2026
41
15:49 / 09 Noyabr 2026
45
15:47 / 09 Noyabr 2026
72
15:45 / 09 Noyabr 2026
83
15:40 / 09 Noyabr 2026
116
15:34 / 09 Noyabr 2026
60
15:23 / 09 Noyabr 2026
79
15:13 / 09 Noyabr 2026
92
15:05 / 09 Noyabr 2026
412
15:00 / 09 Noyabr 2026
109
14:58 / 09 Noyabr 2026
85
14:55 / 09 Noyabr 2026
104
14:42 / 09 Noyabr 2026
94
14:37 / 09 Noyabr 2026
92
14:29 / 09 Noyabr 2026
406
14:22 / 09 Noyabr 2026
230
14:17 / 09 Noyabr 2026
105
14:06 / 09 Noyabr 2026
1190
14:04 / 09 Noyabr 2026
126
13:44 / 09 Noyabr 2026
903
13:21 / 09 Noyabr 2026
138
13:11 / 09 Noyabr 2026
373
12:57 / 09 Noyabr 2026
1997
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.