Azərbaycanda bu xidmət PULSUZ OLDU
09 Noyabr 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
841
09.09.2026, 11:40
Zərdabda beş nəfərin həyatını itirdiyi və bir şəxsin xəsarət aldığı ağır yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 8-də saat 23:00-da Yarməmmədbağı kəndinin ərazisində baş verib.
Elyar Məhəmmədovun idarə etdiyi KIA markalı, 77-BF-554 dövlət nömrə nişanlı minik avtomobili Vicay Ağayevin idarə etdiyi "Lovol" markalı 63-TG-062 dövlət nömrə nişanlı traktorla toqquşub. Nəticədə avtomobildə yanğın baş verib.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib.
"Zərdab-Ağcabədi avtomobil yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində beş nəfərin həyatını itirməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizlik tələblərinə ciddi əməl olunmasının həyati əhəmiyyətini bir daha önə çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslərin diqqətinə çatdırır ki, yol hərəkəti qaydalarına ciddi riayət edilməli, texnikanın sazlığı mütəmadi yoxlanılmalı, işıq cihazlarından və işıq əksetdirən tanınma vasitələrindən düzgün istifadə olunmalı, hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin edilməlidir.
Eyni zamanda, digər nəqliyyat vasitələrinin sürücüləri sürəti yol və hərəkət şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsi saxlamalı, qarşıdakı yol sahəsini daim nəzarətdə saxlamalı və riskli manevrlərdən çəkinməlidirlər.
Unutmaq olmaz ki, bir anlıq diqqətsizlik və təhlükəsizlik tələblərinə etinasız münasibət ağır, geridönüşü olmayan nəticələrə səbəb ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, diqqətli və məsuliyyətli olmağa çağırır", - müraciətdə deyilir.
***
Zərdabda baş verən avtoqəzada ölənlərin adları məlum olub.
Oxu24.com "Report"a istinadən xəbər verir ki, bunlar minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.
11:05 / 09 Noyabr 2026
13
10:55 / 09 Noyabr 2026
77
10:51 / 09 Noyabr 2026
1
10:44 / 09 Noyabr 2026
95
10:38 / 09 Noyabr 2026
127
10:30 / 09 Noyabr 2026
81
10:27 / 09 Noyabr 2026
62
10:10 / 09 Noyabr 2026
127
10:09 / 09 Noyabr 2026
140
10:00 / 09 Noyabr 2026
173
09:36 / 09 Noyabr 2026
1004
09:26 / 09 Noyabr 2026
81
09:19 / 09 Noyabr 2026
127
08:46 / 09 Noyabr 2026
104
08:42 / 09 Noyabr 2026
747
08:25 / 09 Noyabr 2026
131
04:25 / 09 Noyabr 2026
749
02:31 / 09 Noyabr 2026
727
01:34 / 09 Noyabr 2026
363
01:20 / 09 Noyabr 2026
814
01:10 / 09 Noyabr 2026
489
01:06 / 09 Noyabr 2026
215
00:58 / 09 Noyabr 2026
462
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.