Noyabrda pensiya gözləyənlərə XƏBƏR
09 Noyabr 2026, 12:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
321
09.09.2026, 21:05
İnsan orqanizmində hormonların balansı sağlamlığın qorunmasında həlledici rol oynayır və bu prosesdə hər hansı bir dəyişiklik müxtəlif narahatlıqlara yol aça bilər. Xüsusilə son dövrlərdə qadınlar arasında tez-tez rast gəlinən prolaktin hormonu yüksəkliyi bir çox suallara səbəb olur. Bir çox xəstələr bu göstərici yüksələn kimi dərhal MRT müayinəsindən keçməyin vacib olub-olmadığını bilmək istəyirlər. Lakin mütəxəssislər hər yüksək nəticənin avtomatik olaraq MRT tələb etmədiyini vurğulayırlar. Bəs hansı hallarda əlavə müayinələrə ehtiyac var və makroprolaktin faktoru nədir?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Uzman həkim Leyla İbrahimxanlı bildirib ki, prolaktin əsasən hipofiz vəzisində sintez olunan və qanda səviyyəsi yüksəldikdə xəstələrdə müəyyən əlamətlərlə özünü büruzə verən vacib bir hormondur:
“Qanda bu hormonun miqdarının artması süd vəzisindən süd gəlməsi, aybaşı başı pozğunluqları kimi problemlərə səbəb ola bilər və eyni zamanda sonsuzluğun əsas səbəblərindən biri də ola bilər. Ancaq xəstədə süd vəzisindən süd gəlməsi və ya aybaşı pozğunluğu kimi əlamətlər yoxdursa, bu zaman hipofizdə şiş olma ehtimalını artırır”.
Onun sözlərinə görə, bəzən laboratoriya nəticələrində prolaktinin yüksək çıxmasının səbəbi "makroprolaktin" ola bilər. Makroprolaktin prolaktinin bir formasdır və heç bir təsiri yoxdur, çünki böyük molekul olduğu üçün damardan çıxa bilmir, heç bir reseptora birləşib təsir göstərə bilmir. Eyni zamanda böyrəklərdən də süzülə bilmir və qanda yalançı yüksəklik göstərən bir vəziyyətdir.
Hər yüksək prolaktin nəticəsinə görə MRT müayinəsi etdirmək mütləqdirmi?
Həkim qeyd edib ki, hər yüksək nəticə üçün MRT etdirmək lazım deyil. Çünki əgər xəstədə heç bir əlamət, yəni simptom yoxdursa, ilk başda xəstədə makroprolaktinin olub-olmadığını araşdırmaq lazımdır:
“Hətta bəzi ədəbiyyatlar prolaktin yüksək olanda hamıya makroprolaktin ehtimalı varmı kimi baxıb o cür analiz edilməsi lazımdır deyir. Ancaq bəzi xarici yenə ədəbiyyatlar deyir ki, yox, şübhə olduğu halda edin, çünki bunların hamısı laboratoriyada əlavə və gərəksiz israfa səbəb ola bilər.
Buna görə də həkimlər istədiyində, tələb etdiyində bir qism xəstələrə makroprolaktin testini edə bilərik. O zaman xəstə gərəksiz MRT əməliyyatına girməz, invaziv bir əməliyyata girməz və hətta dәrman müalicəsi almaz, sadəcə izləmək yetərlidir”.
Jalə
12:57 / 09 Noyabr 2026
4
12:55 / 09 Noyabr 2026
17
12:40 / 09 Noyabr 2026
117
12:27 / 09 Noyabr 2026
78
12:15 / 09 Noyabr 2026
179
12:03 / 09 Noyabr 2026
652
11:56 / 09 Noyabr 2026
103
11:56 / 09 Noyabr 2026
139
11:43 / 09 Noyabr 2026
102
11:37 / 09 Noyabr 2026
220
11:34 / 09 Noyabr 2026
101
11:30 / 09 Noyabr 2026
88
11:22 / 09 Noyabr 2026
103
11:09 / 09 Noyabr 2026
240
11:05 / 09 Noyabr 2026
147
10:55 / 09 Noyabr 2026
209
10:51 / 09 Noyabr 2026
406
10:44 / 09 Noyabr 2026
184
10:38 / 09 Noyabr 2026
242
10:30 / 09 Noyabr 2026
141
10:27 / 09 Noyabr 2026
126
10:10 / 09 Noyabr 2026
204
10:09 / 09 Noyabr 2026
235
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.