Paşinyanın 48 saatı qaldı
09 Noyabr 2026, 16:23
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
266
09.09.2026, 21:20
Yaxın Şərqdə artan hərbi-siyasi gərginliklər fonunda qlobal enerji təhlükəsizliyi yenidən dünyanın əsas müzakirə mövzusuna çevrilib. Xüsusilə Fars körfəzini Hind okeanı ilə birləşdirən və qlobal neft nəqliyyatının təxminən 20%-nin keçdiyi Hörmüz boğazındakı hər hansı məhdudiyyət və ya blokada riski dünya bazarlarında ciddi qiymət artımı təşvişi yaradır. Bu qlobal böhran şəraitində digər neft-qaz ixracatçısı olan Körfəz ölkələrindən fərqli olaraq, Azərbaycanın mövqeyi köklü şəkildə fərqlənir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi alternativ marşrutlara malik olması ölkəmizin iqtisadi cəlbediciliyini və qlobal investorlar gözündəki strateji əhəmiyyətini sürətlə artırır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Hörmüz boğazı müharibədən əvvəl də dünya neft istehlakının 20%-ni ötürürdü. İndi isə alternativ marşrutlar, məsələn, Qırmızı dənizə çıxış imkanları artıb və təxminən bu 20 milyon barrelin yarısı artıq Qırmızı dəniz vasitəsilə çatdırılır.
Onun sözlərinə görə, bu azdır, dünya bazarında müəyyən gərginliklər yaradır, ona görə də neftin qiyməti yenidən 100 dollara yaxınlaşıb.
Natiq Cəfərli qeyd edib ki, ona görə də Azərbaycanın, yalnız təchizatçı kimi yox, həm də tranzit ölkə kimi marağı artır:
“Əsasən Orta Asiya, Mərkəzi Asiya respublikalarının neft və qaz ehtiyatlarının Azərbaycan üzərindən daşınması təhlükəsiz və tez daşınması çox böyük əhəmiyyət kəsb eləyir. Heç də təsadüfi deyil ki, Qazaxıstan artıq bu işə qoşulub, Qazaxıstan neftinin Azərbaycan üzərindən ixrac olunması xeyli artıb”.
Son olaraq ekspert əlavə edib ki, indi Türkmənistanla da danışıqlar gedir, svop müqavilələr vasitəsilə Türkmənistan qazının da Azərbaycan üzərindən Avropaya çatdırılması məsələsi müzakirə olunan əsas məsələlərdəndir. Bu da Azərbaycanın həm geosiyasi, həm də geoiqtisadi önəmini dünyada yüksəldən ən ciddi amillərdən birinə çevrilib.
Çimnaz Telmanqızı
16:56 / 09 Noyabr 2026
12
16:53 / 09 Noyabr 2026
79
16:43 / 09 Noyabr 2026
59
16:37 / 09 Noyabr 2026
70
16:32 / 09 Noyabr 2026
58
16:28 / 09 Noyabr 2026
66
16:25 / 09 Noyabr 2026
141
16:23 / 09 Noyabr 2026
85
16:19 / 09 Noyabr 2026
96
16:06 / 09 Noyabr 2026
207
15:54 / 09 Noyabr 2026
524
15:49 / 09 Noyabr 2026
86
15:47 / 09 Noyabr 2026
206
15:45 / 09 Noyabr 2026
298
15:40 / 09 Noyabr 2026
1140
15:34 / 09 Noyabr 2026
82
15:23 / 09 Noyabr 2026
109
15:13 / 09 Noyabr 2026
124
15:05 / 09 Noyabr 2026
677
15:00 / 09 Noyabr 2026
136
14:58 / 09 Noyabr 2026
105
14:55 / 09 Noyabr 2026
133
14:42 / 09 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.