Uşaq pilləkən çıxmaqda çətinlik çəkirsə, DİQQƏTLİ olun
17 İyun 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
734
07.05.2026, 21:43
Bir çox insan uzun müddət davam edən bədən ağrıları, halsızlıq və yorğunluq hissindən şikayət etsə də, etdirdiyi analizlərin “normal” çıxması onları həm narahat edir, həm də çıxılmaz vəziyyətdə qoyur. Xəstələr müxtəlif həkimlərə müraciət edir, dəfələrlə qan analizləri, MRT və digər müayinələrdən keçirlər, lakin konkret səbəb tapılmır. Bu vəziyyət isə insanlarda “görəsən ağrılarım psixolojidir?” kimi düşüncələr yaradır.
Mövzu ilə bağlı revmatoloq professor Nadir Hüseynov Oxu24.com-a açıqlamasında bildirib ki, analizlərin normal çıxması hər zaman xəstəliyin olmadığı anlamına gəlmir.
Professorun sözlərinə görə, revmatologiyada laborator göstəricilərlə özünü biruzə verməyən, lakin insanın həyat keyfiyyətini ciddi şəkildə aşağı salan xüsusi xəstəlik qrupları mövcuddur:
“Revmatologiyada elə xəstəliklər var ki, xəstənin bütün analizləri normal olur, amma insan ciddi ağrılar və yorğunluq hiss edir. Bu xəstəliklərə fibromialgiya sindromu, fibromiozitlər, tunel sindromları, entezitlər və digər yumşaq toxuma revmatizmləri daxildir. Belə xəstələrdə problem laborator analizdə deyil, əzələ, bağ və sinir toxumalarının funksional pozğunluğundadır”.
Professor qeyd edib ki, xüsusilə fibromialgiya son illərdə çox yayılan problemlərdən biridir və əsasən qadınlarda müşahidə olunur:
“Fibromialgiya sindromu zamanı xəstə bütün bədənində yayılan ağrılardan, halsızlıqdan, yuxu pozğunluğundan və xroniki yorğunluqdan şikayət edir. İnsan səhər yorğun oyanır, gün ərzində enerjisiz olur, əzələlərdə yanğı və ağırlıq hiss edir. Amma standart analizlərdə ciddi dəyişiklik aşkarlanmır”.
Onun sözlərinə görə, bu səbəbdən xəstələr aylarla, hətta illərlə bir həkimdən digərinə müraciət edirlər:
“Belə insanlar çox zaman nevroloqa, ortopedə, terapevtə, hətta kardioloqa müraciət edirlər. Dəfələrlə analiz verirlər, MRT etdirirlər, amma konkret səbəb tapılmır. Bu isə həm xəstədə psixoloji gərginlik yaradır, həm də həyat keyfiyyətini aşağı salır”.
Professor bildirib ki, fibromialgiya və oxşar sindromların əsas xüsusiyyətlərindən biri ağrının xroniki və yayılmış xarakter daşımasıdır:
“Xəstələr adətən boyun, kürək, bel, çiyin və ayaqlarda ağrılardan şikayət edirlər. Bəzən sadə toxunuş belə ağrı yaradır. Eyni zamanda yuxusuzluq, diqqət zəifliyi, əsəbilik və emosional gərginlik də müşahidə olunur”.
Revmatoloq qeyd edib ki, bu xəstəliklərin yaranmasında stress və psixoemosional faktorlar da mühüm rol oynayır:
“Xroniki stress, gərgin iş rejimi, yuxu pozuntuları, uzunmüddətli psixoloji yorğunluq sinir sisteminin ağrıya qarşı həssaslığını artırır. Nəticədə insan normalda ağrı verməyəcək siqnalları belə güclü ağrı kimi hiss etməyə başlayır”.
Professor Nadir Hüseynov vurğulayıb ki, düzgün diaqnoz qoyulduqdan sonra bu vəziyyət idarə oluna və müalicə edilə bilir:
“Ən vacib məsələ düzgün diaqnozdur. Çünki xəstəlik tanınmadıqda insanlar illərlə səbəbsiz müalicələr alır. Halbuki fibromialgiya və digər yumşaq toxuma revmatizmlərində xüsusi müalicə proqramı tətbiq olunur. Müalicəyə dərman preparatları ilə yanaşı, yuxu rejiminin normallaşdırılması, fiziki aktivlik, stressin azaldılması və bəzən psixoloji dəstək də daxildir”.
Onun sözlərinə görə, bir çox xəstə düzgün müalicədən sonra qısa müddətdə ciddi rahatlama hiss edir:
“Bu xəstəliklər həyat üçün təhlükəli olmasa da, insanın gündəlik həyatını çox çətinləşdirə bilir. Amma vaxtında diaqnoz və adekvat müalicə ilə ağrılar əhəmiyyətli dərəcədə azalır və xəstə normal həyatına qayıda bilir”.
Professor sonda vətəndaşlara müraciət edərək bildirib ki, uzun müddət davam edən səbəbsiz ağrıları və yorğunluğu adi halsızlıq kimi qəbul etmək olmaz:
“Əgər analizlər normal çıxsa belə, davamlı ağrı və yorğunluq varsa, bu vəziyyət diqqətsiz buraxılmamalıdır. Çünki hər ağrı analizdə görünmür. Bəzi xəstəliklər klinik əlamətlərlə diaqnoz qoyulan funksional pozğunluqlardır və onların vaxtında aşkarlanması çox vacibdir”.
Nigar
11:16 / 18 İyun 2026
1
11:15 / 18 İyun 2026
15
10:55 / 18 İyun 2026
53
10:42 / 18 İyun 2026
53
10:38 / 18 İyun 2026
68
10:29 / 18 İyun 2026
76
10:28 / 18 İyun 2026
83
10:20 / 18 İyun 2026
68
10:16 / 18 İyun 2026
63
10:06 / 18 İyun 2026
93
09:49 / 18 İyun 2026
69
09:45 / 18 İyun 2026
67
09:44 / 18 İyun 2026
71
09:12 / 18 İyun 2026
71
01:32 / 18 İyun 2026
151
00:29 / 18 İyun 2026
209
23:39 / 17 İyun 2026
343
23:17 / 17 İyun 2026
305
23:10 / 17 İyun 2026
281
22:30 / 17 İyun 2026
246
22:16 / 17 İyun 2026
162
21:52 / 17 İyun 2026
135
21:42 / 17 İyun 2026
166
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.