Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
29 Sentyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
590
29.04.2026, 17:45
Troponin nədir və hansı hallarda yoxlanılır? – Kardioloq İslam Əzizovun açıqlaması
Ürək xəstəliklərinin diaqnostikasında ən vacib göstəricilərdən biri Troponin analizidir.
Bu barədə Oxu24.com-a açıqlamasında həkim-kardioloq terapevt İslam Əzizov bildirib ki, troponin ürək əzələsində olan xüsusi zülaldır və normal şəraitdə qanda ya çox aşağı səviyyədə olur, ya da ümumiyyətlə aşkarlanmır.
Onun sözlərinə görə, troponinin əsas növləri Troponin I və Troponin Tdir.
Bu göstəricilərin qanda yüksəlməsi ürək əzələsinin zədələndiyini göstərir.
Həkim qeyd edib ki, troponin analizi əsasən sinə nahiyəsində güclü ağrı, təngnəfəslik, halsızlıq kimi hallarda aparılır. Bu analiz vasitəsilə ürək əzələsinin zədələnmə dərəcəsi qiymətləndirilir və Miokard infarktı diaqnozunun təsdiqlənməsində mühüm rol oynayır.
Eyni zamanda troponin səviyyəsi yalnız infarkt zamanı deyil, Miokardit, Ağciyər tromboemboliyası və Ürək çatışmazlığı kimi hallarda da yüksələ bilər.
İslam Əzizov vurğulayıb ki, troponin analizi təkbaşına deyil, digər müayinələrlə – xüsusilə elektrokardioqramma (EKQ) və klinik əlamətlərlə birlikdə qiymətləndirilməlidir. Bu yanaşma infarktın olub-olmadığını və onun ağırlıq dərəcəsini daha dəqiq müəyyən etməyə imkan verir.
Jalə
19:52 / 29 Sentyabr 2026
16
19:49 / 29 Sentyabr 2026
21
19:37 / 29 Sentyabr 2026
35
19:35 / 29 Sentyabr 2026
36
19:27 / 29 Sentyabr 2026
43
19:22 / 29 Sentyabr 2026
44
19:10 / 29 Sentyabr 2026
50
19:06 / 29 Sentyabr 2026
56
18:59 / 29 Sentyabr 2026
45
18:58 / 29 Sentyabr 2026
49
18:51 / 29 Sentyabr 2026
44
18:39 / 29 Sentyabr 2026
57
18:36 / 29 Sentyabr 2026
51
18:24 / 29 Sentyabr 2026
60
18:17 / 29 Sentyabr 2026
56
18:10 / 29 Sentyabr 2026
57
18:06 / 29 Sentyabr 2026
57
18:00 / 29 Sentyabr 2026
54
17:41 / 29 Sentyabr 2026
64
17:30 / 29 Sentyabr 2026
67
17:20 / 29 Sentyabr 2026
67
17:19 / 29 Sentyabr 2026
66
17:15 / 29 Sentyabr 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.