Metabolizmi sürətləndirmək üçün bunları BİLMƏLİSİNİZ
30 Oktyabr 2026, 22:42
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
753
27.04.2026, 11:08
Arıqlama çayları həqiqətən arıqladır, yoxsa sağlamlığımızı təhlükəyə atır? – Dietoloqdan XƏBƏRDARLIQ
Son zamanlar sosial şəbəkələrdə geniş yayılan və sürətli çəki itirməyi vəd edən "arıqlama çayları" əslində böyük bir təhlükə mənbəyidir.
Tanınmış həkim-dietoloq, Anti-age üzrə mütəxəssis,diet kitablar müəllifi Leyla Zülfüqarlı mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında mühüm məqamlara toxunaraq, bu trendin görünməyən tərəflərini qeyd edib.
Leyla Zülfüqarlı bildirib ki, bir çay içməklə arıqlamaq elmi cəhətdən mümkün deyil. Onun sözlərinə görə, əgər insanda artıq çəki və piyənmə xəstəliyi varsa, bu, hormonal pozuntular və kimyəvi proseslərlə bağlıdır. Bu problemlər isə yalnız həkim nəzarəti altında müalicə edilərək aradan qaldırıla bilər.
"Arıqlama çayı deyilən trend artıq marketinq hiyləsindən başqa bir şey deyil. Çünki, bir çay ilə arıqlamaq olmaz. Biz hormonal statusu düzəltməklə arıqladırıq, amma bir çay bunu edə bilməz”.
Dietoloq qeyd edib ki, bu çayların və kapsulların tərkibindəki sibutramin adlı maddə birbaşa iştahı kəsir. İnsan yemək yemədikdə bədən ilk növbədə hüceyrəarası mayeni, daha sonra isə ən təhlükəlisi — əzələ kütləsini itirir:
“Xüsusilə 40 yaşdan yuxarı şəxslərdə əzələ itkisi (sarkopeniya) onsuz da təbii şəkildə baş verir. Süni vasitələrlə arıqladıqda isə əzələlər parçalanır və bu itkini bərpa etmək demək olar ki, qeyri-mümkündür. Ayda 10 kiloqram arıqlamağı vəd edən vasitələr bədəni aclıq rejimində saxlayaraq metabolizmanı məhv edir”.
Bəs doğru arıqlama yolu hansıdır?
Həkim vurğulayır ki, möcüzəvi çaylar axtarmaq əvəzinə, köklüyün kökündə duran səbəbləri müalicə etmək lazımdır. Rasionun düzəldilməsi, yuxu rejimi, fiziki aktivlik və çatışmayan vitamin-mineralların bərpası sağlam arıqlamanın tək yoludur.
Leyla Zülfüqarlı həmçinin qeyd edib ki, metabolizmanı sürətləndirmək üçün iştahı kəsən deyil, bədəni detoks edən və təbii bitkilərdən ibarət müalicəvi çaylardan (məsələn, Detox LZ, Diet LZ xətti) istifadə etmək daha doğrudur. Bu növ çaylar iştahı qapatmır, əksinə bədənin təbii funksiyalarını dəstəkləyərək sağlam şəkildə formaya düşməyə kömək edir.
Unutmayın: Sağlamlığınız hər hansı marketinq vədindən daha dəyərlidir!
Çimnaz Telmanqızı
12:12 / 01 Noyabr 2026
72
12:03 / 01 Noyabr 2026
389
11:35 / 01 Noyabr 2026
72
11:09 / 01 Noyabr 2026
598
11:03 / 01 Noyabr 2026
176
11:01 / 01 Noyabr 2026
90
11:00 / 01 Noyabr 2026
74
10:07 / 01 Noyabr 2026
153
09:05 / 01 Noyabr 2026
84
23:55 / 31 Oktyabr 2026
4094
23:52 / 31 Oktyabr 2026
478
23:44 / 31 Oktyabr 2026
660
23:22 / 31 Oktyabr 2026
150
22:59 / 31 Oktyabr 2026
325
22:32 / 31 Oktyabr 2026
2572
22:31 / 31 Oktyabr 2026
220
21:19 / 31 Oktyabr 2026
161
21:09 / 31 Oktyabr 2026
159
20:59 / 31 Oktyabr 2026
5751
20:51 / 31 Oktyabr 2026
316
20:46 / 31 Oktyabr 2026
180
20:37 / 31 Oktyabr 2026
161
20:33 / 31 Oktyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.