Qaynar xətt:

(+99450) 247 90 86

Corabınızın İçinə SODA TÖKÜN - Xəstəliklər Ayaqlarından Çıxacaq! 

Corabınızın İçinə SODA TÖKÜN - Xəstəliklər Ayaqlarından Çıxacaq! 

TİBB

61

15.03.2026, 17:05

Niyə corabın içinə soda qoyurlar? Bu müalicə üsulunu heç eşitmisizmi? Sən demə Sodalı corabla yatmaq birbaşa ayaq dərisinə və topuğa təsir edir. Ayağa qan axını sürətləndiyi üçün bəzi xəstəliklər məhz sodalı corab geyindiyimiz zaman sağalırmış. Bəs bu müalicə üsulu necə tədbiq edilir? Hansı xəstəlikləri sağaldır? 

 Hamımız bilirik ki, ayaqlarda akupunktur ustalarının bütün orqanların və sistemlərin sağlamlığını yaxşılaşdırmaq üçün istifadə etdiyi refleks nöqtələri var. Sodalı corab geyindiyimiz zaman ayaqlarımız, bir növ, mikromasaj edilir.  Ayaqlarımızdakı qan dövranı yaxşılaşır.  Sodalı corab geyindikdən bir az sonra ayaqlarda qıcıqlanma, iynə batırılma kimi hisslər olursa, sevinməyə dəyər; demək, ayaqlara qan axımı sürətlənir. Sodanın ayaqlara tətbiq etdiyi mikromasaj sayəsində immunitet sistemi aktivləşir. Yeni başlayan soyuqdəymənin və ya burun axıntısının öhdəsindən asanlıqla gəlinir.

Sodalı corablar bədəni toksinlərdən təmizləmək və allergik reaksiyaları aradan qaldırmaq üçün ideal vasitədir. Qələvi detoksikasiyaya hər orqanizmin ehtiyacı olur. Əksər hallarda, soda vannası və soda içməklə həyata keçirilir. Soda corabları  bu mənada  ən asan üsuldur. Xüsusilə, axşamdan qalma olanlara kömək edir.

Sodalı corabları istənilən  vaxt istifadə etmək  mümkündür: gündüz, gecə fərq etmir. Sodalı corab geyinərək yatmağın üstünlüyü ondan ibarətdir ki, biz yatarkən soda bədəndən zəhərli maddələri çıxarmaq üçün intensiv işləyir. Bəli, qələvi detoksikasiya üçün bahalı dərmanlara ehtiyac yoxdur.  Üsulun yeganə mənfi cəhəti odur ki,  soda corab ilmələrinin arasından evə, yatağa tökülür.

Sodalı corablardan nə vaxt istifadə etməli?

-soyuqdəymədən, burun axmasından, yüksək temperaturdan xilas olmağa kömək edir;

-ayaq və dırnaq göbələklərini müalicə edir;

-donmadan sonra dərini bərpa edir;

-varikoz damarlarının simptomlarını azaldır;

-nevroz və stressdən xilas edir;

-infarkt, insult riskini azaldır;

-immuniteti artırır;

-ayaqlardakı, ümumiyyətlə, orqanizmdəki yorğunluğu aradan qaldırır;

-axşamdan qalma  vəziyyətdə köməyə çatır;

-qida zəhərlənməsi zamanı orqanizmi təmizləyir;

Hazırlıq mərhələsi.

2 cüt yun və ya pambıq corab götürün. 1 cütün ölçüsü nisbətən böyük olsa, yaxşıdır.  Proseduru gecə yatmazdan əvvəl edəcəksinizsə,  sellofana və məhrəbaya da ehtiyac olacaq.  36-370C  temperatura malik suya  soda tökün. Sonra sodalı corabları hazırlayın.  Sodalı corabları hazırlamağın 2 üsulu var:

I. Corabları sodalı suda isladın, sonra azacıq sıxın, geyinin. Üstündən  sellofan, ardınca da məhrəba ilə ayağınızı sarıyın, yatın.

II. Corabları sodalı suda isladın, bu dəfə bərk sıxın. Geyinin. Üstündən nisbətən böyük ölçüdə olan corabları geyinin. Yatarkən ayağınızı yorğanla, yaxud adyalla möhkəmcə bükün ki, ayağınıza soyuq olmasın.

Sodalı corab geyinmək istəmirsinizsə, sodalı suya batırılmış cuna ilə də ayağınızı sarıya bilərsiniz. Varikoz damarlar üçün  istifadə edilən sodalı corabların boğazı uzun olsa, dizə çatsa, hətta dizi keçsə, yaxşıdır. Lakin burada bir məqam var: varikoz varsa, corabları ilıq suda isladın. İsti su damarların daha da genişləməsinə səbəb ola bilər.

Sodalı corabların istifadə müddəti problemdən asılıdır:

ü  Soyuqdəymə zamanı 1 həftə ərzində günaşırı olaraq sodalı corab geyinmək yetərlidir.

ü  Göbələk infeksiyaları daha uzunmüddətli  prosedur tələb edir. 1 ay ərzində günaşırı sodalı corab geyinin. Sonra 1 həftə fasilə verin, təkrar 1 ay sodalı corab geyinin.

ü  Yorğunluğu aradan qaldırmaq və stressdən qurtulmaq, özünü yaxşı hiss etmək üçün yalnız 1 dəfə sodalı corab geyinmək kifayətdir. Stress uzanırsa və ya həddindən artıq gərginlik yığılıbsa, həftədə 2-3 dəfə proseduru həyata keçirə bilərsiniz.

ü  Bədəni detoksikasiya etmək  üçün də 1 həftə sodalı corab geyinmək bəs edir.

Əks göstərişlər.

Sodalı corabların əks təsiri yoxdur. Hamilələr, yaşlılar belə, sodalı corabları ürəklə geyinə bilərlər. Yalnız sodaya qarşı fərdi həssaslığı olan insanlar sodalı corab geyinməkdən ehtiyat etməlidirlər. Bədəndə qələvilik normadan çoxdursa, sodalı corablar  qıcıqlanma, qaşınma verə bilər. Əgər bu simptomları yaşadınızsa,  sodalı suya bir neçə damcı alma sirkəsi qatmalısınız.

Sodalı corablar ayaqların gözəlliyi üçün də vacibdir. Pedikür edilmiş ayaqlara geyinilən sodalı corablar ölü dəri hüceyrələrinin  təmizlənməsini təmin edir.  Ayaqlardakı problemli nahiyələri soda ilə ovxalamaq da faydalıdır.

Gün ərzində 3 saat sodalı corabla gəzmək yetərlidir. Gecəni  sodalı corabla yatmağın faydası daha çoxdur. Ayaq dərisinin sağlamlığı və təmizliyi üçün 5 gün ard-arda sodalı corab geyinmək kifayətdir.  Bəzi hallarda prosedur 10 gün də çəkə bilər.