Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama
12 Noyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
576
09.03.2026, 17:29
Almanı hər zaman sağlamlıq rəmzi hesab etmişik, lakin Avropadan gələn son hesabat bu təsəvvürləri alt-üst edir. "PAN Europe" təşkilatının 2025-ci ilin sonunda apardığı araşdırma göstərir ki, marketlərdə satılan almaların içində bir yox, eyni anda bir neçə zəhərli kimyəvi maddə — "pestisid kokteyli" gizlənib. Araşdırmaya görə, həmin almaların 80%-i toksikdir.
Azərbaycan bazarı üçün bu, olduqca ciddi siqnaldır.
Çünki ölkəmiz həm yerli istehsalı dəstəkləyir, həm də xüsusilə qış və bahar aylarında xaricdən böyük həcmdə alma idxal edir.
Hesabatın ən sarsıdıçı hissəsi uşaq qidaları ilə bağlıdır. Əgər bu almalardan püre və ya şirə hazırlansaydı, onların çoxu qanunsuz elan edilərdi.
Almaların 36%-də beyin hüceyrələrini zədələyən maddələr tapılıb. Nümunələrin 61%-də xərçəng yarada bilən göbələk əleyhinə maddələr aşkar edilib. Tapılan maddələrin bir çoxu ana bətnindəki dölün beyin inkişafını ləngidir.
Avropa ölkələrindən gələn parlaq, uzun müddət xarab olmayan almalar çox vaxt ildə 30 dəfəyə qədər kimyəvi işlənməyə məruz qalır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, xaricdən gətirilən digər meyvələr kimi parlaq formada olan almalarda kimyəvi birləşmə qalıqları daha çoxdur:
“Bu almalarda pesdisid riski çox yüksəkdir. Çünki onların yetişdirilməsi zamanı zərərvericilərdən, xəstəliklərdən qorumaq üçün müxtəlif pesdisidlərdən istifadə olunur. Həmin pesdisidlər becərmə dövründə müəyyən miqdarda meyvələrin tərkibinə keçir. Təbii ki, belə meyvələri qəbul edən insanların da orqanizmində pesdisidlərin miqdarı yüksək olur.
Bəzi meyvələrin üzərində parafin və mum örtüyü olur.
Bu örtük meyvələri daha uzunömürlü edir. Daşınma və saxlanma zamanı meyvənin parlaqlığını saxlayır. Nəzərə alaq ki, meyvəni uzun müddət saxlamaq üçün onu kal olanda dərirlər və tez yetişməməsi üçün mum, parafin örtüyündən istifadə edilir. Bu örtük həm də meyvənin tez yetişməsini sürətləndirən etilen qazının miqdarını azaldır. Nəticədə yetişmə prosesi uzanır”.
Müsahibimiz hesab edir ki, istifadə olunan bu kimyəvi qatqılar insan sağlamlığına ciddi zərər verir:
“Bu cür meyvələr sinir sisteminə mənfi təsir göstərir. Xüsusilə də, 20-25 yaş arasındakı insanlarda fizioloji inkişafa neqativ təsir edir. Hormonal pozğunluğa səbəb olur. Parlaq meyvələrdən davamlı istifadə hüceyrələri zədələyir. Bu da xərçəng riskini artırır. Kimyəvi maddələrə yoluxmuş meyvələr allergiyaya, mədə ağrılarına və bağırsaqların funksiyasının pozulmasına səbəb olur”.
Məhsəti Hüseynova bu cür xoşagəlməz hadisələrdən sığortalanmaq üçün bəzi məsələlərə diqqət edilməsini vacib sayır:
“İlk növbədə yerli və mövsümi meyvələrdən istifadə olunmaldır. Parlaq meyvələri sürtərək, ən azı 30-60 saniyə ilıq suda yumaq lazımdır. Eyni zamanda meyvələrin qabığını soyaraq yemək ən effektiv vasitələrdən biridir. Çünki pesdisidlərin çox hissəsi qabıqda qalır”.
Bizimmedia
13:43 / 13 Noyabr 2026
34
13:41 / 13 Noyabr 2026
29
13:20 / 13 Noyabr 2026
41
13:05 / 13 Noyabr 2026
76
12:57 / 13 Noyabr 2026
70
12:45 / 13 Noyabr 2026
95
12:32 / 13 Noyabr 2026
118
12:20 / 13 Noyabr 2026
85
12:17 / 13 Noyabr 2026
86
12:08 / 13 Noyabr 2026
542
11:55 / 13 Noyabr 2026
102
11:45 / 13 Noyabr 2026
166
11:40 / 13 Noyabr 2026
97
11:21 / 13 Noyabr 2026
311
11:15 / 13 Noyabr 2026
101
11:12 / 13 Noyabr 2026
197
11:00 / 13 Noyabr 2026
116
10:50 / 13 Noyabr 2026
100
10:45 / 13 Noyabr 2026
153
10:39 / 13 Noyabr 2026
130
10:25 / 13 Noyabr 2026
119
10:22 / 13 Noyabr 2026
261
10:20 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.