Toyuğun bu hissəsini yeyin: Həkim faydasını AÇIQLADI
30 May 2026, 09:19
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
603
09.03.2026, 15:09
Bir çox insanlar sağlamlıq problemlərinin əsas səbəblərini ciddi xəstəliklərdə axtarsalar da, əslində gündəlik həyat tərzindəki yanlış vərdişlər orqanizmin zəifləməsinə və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Bu barədə Oxu24.com-a danışan həkim Mehdi Balaşov xəstəlik riskini artıran ən zərərli vərdişlərdən bəhs edib.
Həkimin sözlərinə görə, ən zərərli vərdişlərdən biri yuxu rejiminin pozulmasıdır.
O bildirir ki, gecə saat 22:00–23:00-dan səhər 03:00–04:00-a qədər olan vaxt orqanizm üçün ən vacib yuxu mərhələsidir.
Məhz bu saatlarda bioloji saat aktiv işləyir və orqanizmdə mühüm hormonlar ifraz olunur. Xüsusilə də melatonin hormonunun ifrazı həmin saatlarda baş verir. Bu səbəbdən gec yatmaq və ya həmin vaxtlarda oyaq qalmaq orqanizmin bərpa prosesinə mənfi təsir göstərir.
Doktorun sözlərinə görə, ikinci zərərli vərdiş qarışıq və nizamsız qidalanmadır.
Bir çox insanlar eyni vaxtda yağlı, zülallı, vitaminli qidalarla yanaşı meyvə, şirniyyat və müxtəlif qidaları birlikdə qəbul edirlər. Bu isə həzm sisteminə əlavə yük yaradır və maddələr mübadiləsinin pozulmasına səbəb olur.
Mehdi Balaşov qeyd edir ki, üçüncü zərərli vərdiş axşam saatlarında həddindən artıq qidalanmaqdır. Bir çox insan gün ərzində az qidalanır, əsas yeməyi isə axşam saatlarına saxlayır. Bu isə həm hormon balansının pozulmasına, həm yuxunun keyfiyyətinin aşağı düşməsinə, həm də çəki artımına səbəb olur.
Həkim həmçinin çox isti qida və içkilərin qəbulunu da təhlükəli vərdişlərdən biri hesab edir.
Onun sözlərinə görə, ağız boşluğunda temperaturu hiss edən reseptorlar çox olsa da, qida borusu və mədədə bu reseptorların sayı azdır. Buna görə də insan isti qidanın zərərini dərhal hiss etmir. Halbuki bu, qida borusunun və mədənin selikli qişasını zədələyə və uzun müddətdə ciddi xəstəliklərə, hətta xərçəng riskinin artmasına səbəb ola bilər.
Doktor Balaşovun sözlərinə görə, beşinci zərərli vərdiş yemək zamanı çoxlu maye qəbul etməkdir. Yemək vaxtı su, çay və digər mayelərin qəbulu mədədə olan həzm şirələrinin və fermentlərin balansını pozur. Bu da qidaların həzm prosesini çətinləşdirir və həzm sisteminin işinə mənfi təsir göstərir.
Həkim bildirir ki, sağlam həyat tərzi üçün düzgün yuxu rejimi, balanslı qidalanma və qida qəbulunda müəyyən qaydalara əməl etmək olduqca vacibdir. Bu vərdişlərə diqqət yetirmək bir çox xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır.
Hazırladı: Jalə
14:38 / 30 May 2026
81
14:35 / 30 May 2026
142
14:14 / 30 May 2026
286
13:15 / 30 May 2026
108
12:53 / 30 May 2026
186
12:41 / 30 May 2026
369
12:31 / 30 May 2026
117
12:25 / 30 May 2026
118
12:13 / 30 May 2026
72
11:59 / 30 May 2026
1153
11:55 / 30 May 2026
74
11:36 / 30 May 2026
85
11:20 / 30 May 2026
121
11:05 / 30 May 2026
215
11:05 / 30 May 2026
96
11:00 / 30 May 2026
91
10:45 / 30 May 2026
416
10:38 / 30 May 2026
91
10:27 / 30 May 2026
174
10:20 / 30 May 2026
354
10:09 / 30 May 2026
122
09:59 / 30 May 2026
162
09:45 / 30 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.