Qaynar xətt:

(+99450) 247 90 86

Alimlər təsdiqlədi: Bu məhsul xoruldamanın qarşısını ala bilər 

Alimlər təsdiqlədi: Bu məhsul xoruldamanın qarşısını ala bilər 

TİBB

72

23.02.2026, 10:29

 Dünyada 20-35 yaş arası gənclər arasında yuxunun obstruktiv apne sindromu (OSA) geniş yayılmaqdadır. 

Oxu24.com xəbər verir ki,Yuxunun apne sindromu (OSA) 10 saniyədən çox çəkən daima güclü xoruldama və kəskin ifadə olunan gündüz yuxululuğu ilə müşayiət olunan tez-tez atılmalarla birgə periodik baş verən tənəffüs dayanmasıdır. 

OSA olan insanlarla yataq yoldaşı olan insanlar OSA olan insana yuxuda yüksək səslə xorultu, nəfəs darlığı, boğulma, xoruldama, yuxu zamanı tənəfüsdə fasilələrin yarandığı kim halları bildirə bilərlər. OSA olan insanlar bu simptomlarla qarşılaşa bilərlər: səhər baş ağrıları, narazılıq və qəzəb hissi, unutqanlıq, yuxululuq, gecə boyu təkrarlanan oyanmalar.

Digər simptomlara bunlar aiddir: uşaqlarda hiperaktivlik, depresiyanın pisləşməsi, iş və məktəb həyatında keyfiyyətin aşağı düşməsi, cinsi marağın azalması və.s aiddir.

Chengdu Universitetinin (Çin) alimləri pendirin qan təzyiqini aşağı salmağa və testosteron səviyyəsini artırmağa kömək etdiyini, yuxu apnesi riskini azaltdığını təsbit edib. 

 

Alimlər 400 min britaniyalının qidalanma vərdişlərini və yuxu keyfiyyətini təhlil edərək bu qənaətə gəliblər. 

 

Apne insanın yuxu zamanı dəfələrlə tənəffüsünü dayandırdığı, xoruldama və ciddi sağlamlıq problemlərinə səbəb olan bir xəstəlikdir. Bu xəstəliyin ən çox yayılmış formalarından biri boğaz divarlarının daralması və rahatlaması ilə xarakterizə olunan obstruktiv yuxu apne sindromudur (OSA). Böyük Britaniyada təxminən 4 milyon insan orta və ya ağır OSA-dan əziyyət çəkir, lakin diaqnozun olmaması səbəbindən xəstələrin faktiki sayı daha çox ola bilər.

Nərmin Balacayeva