Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
02 Oktyabr 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1083
22.02.2026, 12:46
"Formula 1" üzrə Azərbaycan Qran-Prisinin yeri yaxın gələcəkdə dəyişdiriləcək. Bu, Xəzər dənizi sahilində, "Sea Breeze" kurortu çərçivəsində alov formasında, sahəsi 200 hektar olan süni adanın yaradılmasından sonra reallaşacaq. Layihə çərçivəsində "Formula 1" yarışının Bakının mərkəzindən həmin əraziyə köçürülməsi nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, bu barədə "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov "RİA Novosti"-yə açıqlamasında məlumat verib. O, “Fire Island” adasında yeni “Formula1” trasının 2031-ci ildə istifadəyə verilə biləcəyini diqqətə çatdırıb.
Ağalarovun sözlərinə görə, layihənin ümumi dəyəri 15–16 milyard dollar təşkil edə bilər:
"Adanın yaradılması təxminən 1 milyard dollara başa gələcək, onun üzərində daşınmaz əmlak tikintisi isə sıxlıq və kvadratmetrlərin sayından asılı olaraq əlavə 10–15 milyard dollar tələb edəcək".
Bakının hər il mərkəzində keçirilən bu yarışa görə əsas yollar bağlanırdı. Bu da vətəndaşların, xüsusən şəhərin cənub istiqamətində olanların gediş-gəlişini çətinləşdirirdi. Bəs adada trasın istifadəyə verilməsindən sonra vəziyyət dəyişəcəkmi?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, 10 ildir ki, "Formula 1" treki keçirilir və bu da Bakıda müəyyən məhdudlaşdırmalara səbəb olur:
"Formula 1"in keçirilməsindən bir ay öncə və sonrakı tarixlərdə müəyyən qurğuların qurulması və onların demontaj olunmasına ehtiyac olur. Bu isə paytaxtda hərkətin sıxlığına səbəb olur. Əgər paytaxtdan kənarda, məsələn, "Sea Breeze" ərazisində təşkil edəcəklərsə, bu, müsbət təsir edəcək. Ən azından paytaxt daxilində bu məhdudlaşdırmalara ehtiyac qalmaz və şəhər öz həyatına davam edər. "Sea Breeze" lokal bir ərazidir, aeroporta birbaşa bağlantısı olan yolları var, həm də paytaxtın mərkəzi ilə avtobus və dəmir yolu üzərindən birbaşa əlaqəlidir. Kim getmək istəsə, adi qaydada iştirak edə bilər. Süni adalarda da maraqlı bir treyk olacaq.
Paytaxtın gələcəkdə çox mərkəzli olması lazımdır. Hər şeyi şəhərin mərkəzinə cəmləmək yox, eyni zamada kənarlarda da təşkil etmək olar. Bu, öz müsbət təsirini göstərəcək”.(musavat.com)
00:03 / 02 Oktyabr 2026
41
23:54 / 01 Oktyabr 2026
46
23:41 / 01 Oktyabr 2026
52
23:12 / 01 Oktyabr 2026
56
23:00 / 01 Oktyabr 2026
83
22:53 / 01 Oktyabr 2026
59
22:52 / 01 Oktyabr 2026
61
22:50 / 01 Oktyabr 2026
100
22:42 / 01 Oktyabr 2026
58
22:31 / 01 Oktyabr 2026
68
22:24 / 01 Oktyabr 2026
104
22:18 / 01 Oktyabr 2026
171
22:07 / 01 Oktyabr 2026
76
21:42 / 01 Oktyabr 2026
69
21:41 / 01 Oktyabr 2026
87
21:31 / 01 Oktyabr 2026
71
21:29 / 01 Oktyabr 2026
76
21:26 / 01 Oktyabr 2026
160
21:25 / 01 Oktyabr 2026
60
21:19 / 01 Oktyabr 2026
70
21:15 / 01 Oktyabr 2026
66
21:08 / 01 Oktyabr 2026
64
20:59 / 01 Oktyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.