Bu içkilər uşaq və böyüklərdə sümükləri əridir – Həkim
09 Yanvar 2026, 09:15
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
198
07.01.2026, 23:38
Körpələrdə böyüklərlə müqayisədə daha çox sümük olur. Yeni doğulan uşaqlarda 275–300 sümük ola bilər. Uşaq böyüdükcə xırda sümüklər birləşir və bərkiyərək daha iri sümükləri əmələ gətirir. Nəticədə əksər yetkin insanlarda sümük sayı 206 olur.
Oxu24.com Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə "Live Science” nəşri yazır.
Qeyd olunur ki, xırda və daha yumşaq sümüklərin olması körpələrə ana bətnində bükülmək və doğuş kanalından keçmək üçün lazım olan əlavə elastikliyi təmin edir.
Bununla belə, bəzi yetkin insanlarda həqiqətən 206-dan çox sümük olur. "Scientific Reports” jurnalında dərc olunan araşdırmaya görə, əlavə və ya normadan artıq sümüklər inkişaf prosesində sümüklərin standart şəkildə birləşməməsi nəticəsində yarana bilər.
Əksər hallarda insanda normadan artıq sümük olmasının heç bir açıq əlaməti müşahidə edilmir.
"Əlavə sümüyün olduğunu bilməmək çox asandır. Çox vaxt biz bunu xəstəyə başqa səbəbdən rentgen çəkiləndə təsadüfən aşkar edirik”, deyə Baltimordakı "Mercy” tibb mərkəzinin ayaq və topuq rekonstruksiyası institutundan ortoped-cərrah Vandan Patel bildirib.
Bədəndə əlavə sümüklər
İstanbul Universiteti Medeniyetin anatomiya kafedrasının dosenti Eren Oğutun sözlərinə görə, əlavə sümüklər rentgen görüntülərində görünsə belə, tez-tez diqqətdən kənarda qalır və ya sınıq fraqmenti, yaxud yaşla bağlı dəyişiklik kimi qiymətləndirilir.
"Ümumilikdə tədqiqatlar göstərir ki, bu cür sümüklər əhalinin təxminən 10–30 faizində rast gəlinir. Lakin real yayılma səviyyəsi, ehtimal ki, qəbul ediləndən daha yüksəkdir”, deyə o qeyd edib.
Patel bildirib ki, əlavə sümüklər ən çox ayaqda və topuq nahiyəsində müşahidə olunur. Ən geniş yayılmış əlavə sümük üçbucaq sümüyü – os trigonumdur.
"Bu hal insanların 10–25 faizində qeydə alınır. Sümük topuğun arxa hissəsində yerləşir və xüsusilə barmaqların və topuğun aşağı doğru büküldüyü zaman ağrıya səbəb ola bilər. Məsələn, balerinalarda puant üzərində rəqs edərkən bu problem daha qabarıq görünür”, deyə o əlavə edib.
Digər geniş yayılmış əlavə sümük xarici baldır sümüyü, yəni əlavə qayıqvari sümük adlanır.
"Bu sümük əhalinin təxminən 12 faizində rast gəlinir. Ayağın daxili tərəfində, əsas qayıqvari sümüyün yaxınlığında yerləşir. Bəzən qayıqvari sümük böyümüş kimi görünür. Ayaq tağında ağrıya səbəb ola və tez-tez yastı pəncə ilə müşahidə oluna bilər”, deyə Patel bildirib.
Həkimlər nadir hallarda rast gəlinən bir sıra digər əlavə sümüklərdən də xəbərdardırlar. Bu biliklər əsasən meyit üzərində aparılan tədqiqatlar və tibbi görüntüləmə nəticəsində əldə olunub. Məsələn, bud sümüyündə yerləşən və omba ağrısı ilə əlaqəli ola bilən əlavə sümük növü mövcuddur. Bu cür sümük əhalinin 5 faizindən azında qeydə alınır.
Maraqlıdır ki, bəzi insanlarda əlavə qabırğalar da ola bilər. Klivlend Klinikasının məlumatına görə, insanların təxminən 1 faizi doğuş zamanı boyun nahiyəsində bir və ya iki əlavə sümüyə malik olur. Boyun qabırğası adlanan bu nadir sümük adi qabırğalardan fərqlənir və çox vaxt üfüqi deyil, daha şaquli və ya diaqonal yerləşir. Əksər hallarda problem yaratmasa da, bəzi insanlarda qolda ağrı və ya zəifliyə səbəb ola bilər.
Həmçinin oxuyun
20:05 / 09 Yanvar 2026
11
20:03 / 09 Yanvar 2026
8
19:56 / 09 Yanvar 2026
20
19:55 / 09 Yanvar 2026
26
19:45 / 09 Yanvar 2026
116
19:43 / 09 Yanvar 2026
102
19:39 / 09 Yanvar 2026
30
19:38 / 09 Yanvar 2026
37
19:36 / 09 Yanvar 2026
371
19:20 / 09 Yanvar 2026
33
19:05 / 09 Yanvar 2026
62
18:56 / 09 Yanvar 2026
42
18:48 / 09 Yanvar 2026
60
18:38 / 09 Yanvar 2026
47
18:19 / 09 Yanvar 2026
76
18:12 / 09 Yanvar 2026
54
18:01 / 09 Yanvar 2026
261
18:00 / 09 Yanvar 2026
64
17:56 / 09 Yanvar 2026
50
17:55 / 09 Yanvar 2026
45
17:48 / 09 Yanvar 2026
58
17:44 / 09 Yanvar 2026
57
17:38 / 09 Yanvar 2026
49
17:31 / 09 Yanvar 2026
55
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.