Xolesterin dərmanları içənlərə həkimdən VACİB MƏSLƏHƏT: BUNU MÜTLƏQ EDİN!
22 Yanvar 2026, 20:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
552
08.01.2026, 19:39
"Müasir dövrdə, təəssüf ki, yeni xəstəliklər meydana çıxır. Mövsüm dəyişiklikləri payız, qış və yaz ayları insan orqanizmində müəyyən fizioloji dəyişikliklərə səbəb olur. İnsan bədəninin immun sistemi isə bütün orqanların bir-biri ilə əlaqəli, nizamlı və intizamlı şəkildə fəaliyyət göstərməsidir.
Bu sistem orqanizmin gücünü, xarici təsirlərə və təhlükələrə qarşı dözümlülüyünü ifadə edir. Sinir sisteminin sakitliyi, düzgün qidalanma, təmiz hava və su, eləcə də keyfiyyətli qidalar immun sisteminin formalaşmasında əsas rol oynayır. Uşaqlara gəldikdə isə onların sağlamlığının möhkəm təməlləri çox erkən yaşlardan qoyulmalıdır".
Oxu24.com xəbər verir ki,bu fikirləri Redaktor.az-a Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti, SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyev son dövrlərdə yayılan xəstəliklərə qarşı həkim nəzarəti olmadan antibiotiklərdən istifadə edilməsi haqqında danışarkən bildirdi.
Həmçinin oxuyun
"Xalq arasında qədimdən gələn bir ənənə var: səhər saatlarında uşaqların bədəninin nəm dəsmalla yavaş-yavaş silinməsi. Bu üsul uşağın bədənini tədricən soyuğa alışdırmağa, immunitetini gücləndirməyə kömək edir. Düzgün qidalanma da xüsusi əhəmiyyət daşıyır. Əvvəlcə göy-göyərtiyə üstünlük verilməli, bir qədər sonra digər yeməklər qəbul edilməlidir. Xüsusilə ət yeməklərinin çörəklə həddindən artıq yeyilməsindən çəkinmək lazımdır. Ət və digər bərk qidalar yaxşı çeynənməlidir ki, mədəyə əlavə yük düşməsin və sonradan müxtəlif patologiyalar yaranmasın. Bunlar həm xalq təcrübəsinə əsaslanan, həm də elmi cəhətdən sübut olunmuş sağlam qidalanma prinsipləridir. Bu qaydalara əməl olunmadıqda orqanizmdə müxtəlif pozuntular yaranır. Nəticədə temperatur, öskürək, burun axıntısı və digər əlamətlər ortaya çıxır. Bu hallar müxtəlif səbəblərlə, o cümlədən viruslarla əlaqədar ola bilər", - deyə o vurğuladı.
Həkim qeyd etdi ki, virus mənşəli xəstəliklərə antibiotiklərin heç bir təsiri yoxdur:
"Antibiotiklər saf viruslara qarşı təsirsizdir. Azacıq temperatur yüksələn kimi dərman qəbul etmək, xüsusən də uşaqlara dərman vermək düzgün yanaşma deyil. Belə hallarda isti vanna qəbul etmək, bol maye içmək, mürəbbəli çaylar, zoğallı, turş gilaslı, qarağatlı içkilər qəbul etmək daha məqsədəuyğundur. Antibiotiklərə və ümumiyyətlə dərmanlara gəldikdə isə onları həkim məsləhəti olmadan qəbul etmək qəbuledilməzdir. Mən dəfələrlə vurğulamışam ki, təkcə antibiotiklər yox, istənilən dərman yalnız həkim göstərişi ilə qəbul olunmalıdır. Heç bir dərmanı özbaşına qəbul etmək olmaz. Hətta tibblə bağlı əsas arzularımdan biri də budur ki, apteklərdə dərmanlar, xüsusən antibiotiklər reseptsiz satılmasın", - deyə Aydın Əliyev yekunlaşdırdı.
23:13 / 22 Yanvar 2026
24
23:12 / 22 Yanvar 2026
29
23:09 / 22 Yanvar 2026
36
23:03 / 22 Yanvar 2026
25
22:53 / 22 Yanvar 2026
153
22:39 / 22 Yanvar 2026
50
22:33 / 22 Yanvar 2026
580
22:29 / 22 Yanvar 2026
50
22:28 / 22 Yanvar 2026
34
22:13 / 22 Yanvar 2026
51
22:00 / 22 Yanvar 2026
61
21:55 / 22 Yanvar 2026
61
21:42 / 22 Yanvar 2026
142
21:42 / 22 Yanvar 2026
40
21:40 / 22 Yanvar 2026
64
21:24 / 22 Yanvar 2026
1091
21:23 / 22 Yanvar 2026
52
21:19 / 22 Yanvar 2026
58
21:19 / 22 Yanvar 2026
75
21:09 / 22 Yanvar 2026
67
20:55 / 22 Yanvar 2026
187
20:52 / 22 Yanvar 2026
76
20:32 / 22 Yanvar 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.