Bu 3 bürcün bəxti üzünə güləcək
03 Oktyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
695
09.01.2026, 17:10
Dünyada hər il milyonlarla uşaq qarşısı alına bilən xəstəliklər səbəbindən həyatını itirir.
Oxu24.com Sfera.az-a istinadən xəbər verir ki, xüsusilə 5 yaşadək uşaqlar arasında ölüm hallarının əsas səbəbləri hələ də infeksion xəstəliklərdir.
BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, pnevmoniya uşaqlar arasında ən ölümcül xəstəlik hesab olunur. Bu xəstəlik hər il dünyada 700-800 minə yaxın 5 yaşadək uşağın ölümünə səbəb olur.
Araşdırmalara görə, ishal xəstəlikləri uşaqlar arasında ölümün ikinci əsas səbəblərindən biridir. Çirkli su, sanitariya çatışmazlığı və qidalanma problemləri bu xəstəliklərin geniş yayılmasına gətirib çıxarır. UNICEF məlumatına əsasən, hər il yüz minlərlə uşaq sadə rehidratasiya müalicəsi almadığı üçün ishaldan həyatını itirir.
Bundan başqa, malyariya xüsusilə Afrika və tropik regionlarda yaşayan uşaqlar üçün ciddi təhlükə olaraq qalır. Statistikaya görə, malyariyadan ölənlərin böyük hissəsini məhz 5 yaşdan kiçik uşaqlar təşkil edir.
Bildirilir ki, uşaq ölümlərinin əksəriyyəti qarşısı alına bilən səbəblərlə bağlıdır. Peyvəndlərin genişləndirilməsi, təmiz içməli suya çıxış, sanitariya şəraitinin yaxşılaşdırılması və ilkin tibbi xidmətlərin gücləndirilməsi minlərlə uşağın həyatını xilas edə bilər.
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.