Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ!
01 Aprel 2026, 10:57
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
2893
09.01.2026, 20:05
Son dövrlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də benzin və dizel yanacağının gələcək qiymətləridir. Maraqlıdır, qarşıdakı illərdə yanacağın ucuzlaşması real görünür, yoxsa artım riski hələ də qalır?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov yanacağın qiymətlərində enmə hallarının zaman-zaman müşahidə edildiyini və gələcəkdə də bu cür proseslər istisna olunmadığını bildirib.
Ekspertin sözlərinə görə, iqtisadi səmərəliliyin artması fonunda yanacaq qiymətlərinin aşağı düşməsi mümkündür, lakin bu, hazırda ən real ssenari sayılmır.
“Bu, ehtimal edilən proqnozlardan biridir. Amma nəzərə almalıyıq ki, Azərbaycanda ənənəvi yanacaqla, benzin və dizellə işləyən avtomobillərin payı təxminən 85 faizə yaxındır. Yükdaşıma və sərnişindaşıma sektorunda da əsasən dizel və benzin istifadə olunur”, – deyə A.Əsədov qeyd edib.
Metro və avtobuslarda qiymətlər niyə bahalaşdı? - Aslan Əsədov AÇIQLADI - Azərbaycanın xəbər saytı
Onun sözlərinə görə, benzinlə işləyən nəqliyyat vasitələrinin sayı da kifayət qədər yüksəkdir və bu amil yanacağa olan tələbatı artırır. Ekspert hesab edir ki, qiymətlərin real şəkildə enməsi üçün alternativ yanacaqla işləyən nəqliyyat vasitələrinin sayı artırılmalıdır.
“Asan yol alternativ yanacaqdan istifadə edən avtomobillərin ölkəyə idxalını genişləndirməkdir. Xaricdən daha iqtisadi səmərəli, az yanacaq sərf edən və alternativ enerji ilə çalışan nəqliyyat vasitələri gətirilməlidir. Bu halda ənənəvi yanacağa tələbat azalacaq, bazarda bolluq yaranacaq və qiymətlərin enməsi mümkün olacaq”, – deyə ekspert vurğulayıb.
A.Əsədov əlavə edib ki, mövcud vəziyyətdə bu göstəricilərə nail olmaq çətindir. Çünki hazırda bütün nəqliyyat və logistika prosesləri əsasən ənənəvi yanacaq üzərində qurulub və alternativ yanacağa keçid hələ genişmiqyaslı deyil. Beləliklə, ekspertin fikrincə, yaxın perspektivdə benzin qiymətlərinin ciddi şəkildə enməsi real görünmür və artım riski müəyyən dərəcədə qalmaqda davam edir.
Həmçinin oxuyun
17:39 / 01 Aprel 2026
19
17:24 / 01 Aprel 2026
44
17:21 / 01 Aprel 2026
32
17:11 / 01 Aprel 2026
165
17:06 / 01 Aprel 2026
103
16:59 / 01 Aprel 2026
30
16:38 / 01 Aprel 2026
39
16:30 / 01 Aprel 2026
416
16:11 / 01 Aprel 2026
41
15:55 / 01 Aprel 2026
283
15:44 / 01 Aprel 2026
53
15:42 / 01 Aprel 2026
502
15:41 / 01 Aprel 2026
60
15:37 / 01 Aprel 2026
59
15:36 / 01 Aprel 2026
44
15:33 / 01 Aprel 2026
47
15:28 / 01 Aprel 2026
46
15:24 / 01 Aprel 2026
59
15:08 / 01 Aprel 2026
843
14:58 / 01 Aprel 2026
84
14:40 / 01 Aprel 2026
66
14:35 / 01 Aprel 2026
200
14:24 / 01 Aprel 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.