Bakıda yaşayanlara vacib XƏBƏR: Mayın 16-dan ETİBARƏN...
13 May 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1693
09.01.2026, 19:43
Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilib. Nəticədə bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib.
Oxu24.com “Yeni Sabah”a istinadən xəbər verir ki, bu proses icra hakimiyyətlərinin strukturu sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib.
Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər ixtisara düşüb.
Yenidən formalaşdırılmadan sonra icra nümayəndəliklərində ştat vahidləri aşağıdakı kimi saxlanılıb:
Şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə – icra hakimiyyəti başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi (mühəndis), aparıcı mütəxəssis və xadimə. Cəmi 5 işçi.
Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə (əhali sayı 10 minədək olanda) – İcra başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, xadimə. Cəmi 3 ştat.
Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə (əhali sayı 10 mindən yuxarı olanda) – icra başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi və xadimə. Cəmi 4 işçi.
Başqa sözlə, qəsəbə və kənd icra nümayəndəlikləri formalaşdırılanda əhali sayı nəzərə alınıb. Əhalisi 10 min nəfərədək olan ərazilərdə icra nümayəndəliklərinin 3, 10 mindən çox olanda 4 əməkdaşı olacaq.
21:10 / 13 May 2026
1
21:09 / 13 May 2026
17
20:58 / 13 May 2026
133
20:42 / 13 May 2026
32
20:32 / 13 May 2026
42
20:19 / 13 May 2026
55
20:03 / 13 May 2026
71
19:45 / 13 May 2026
70
19:39 / 13 May 2026
104
19:24 / 13 May 2026
80
19:12 / 13 May 2026
82
19:03 / 13 May 2026
205
19:00 / 13 May 2026
94
18:36 / 13 May 2026
138
18:13 / 13 May 2026
207
18:02 / 13 May 2026
209
17:39 / 13 May 2026
1220
17:25 / 13 May 2026
89
17:20 / 13 May 2026
81
17:18 / 13 May 2026
89
17:10 / 13 May 2026
89
16:53 / 13 May 2026
230
16:52 / 13 May 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.