Bu 3 bürcün bəxti üzünə güləcək
03 Oktyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
709
09.01.2026, 16:42
Çində son günlərdə qeydə alınan yeni virus dalğası beynəlxalq ictimaiyyətdə narahatlıq yaradıb. Sürətlə yayılan xəstəliyin sərhədləri aşaraq digər ölkələrə keçmə ehtimalı barədə müzakirələr güclənib. Mütəxəssislər virusun Azərbaycana daxil olma riskinin mövcud olduğunu, lakin bunun birbaşa sərnişin axını, epidemioloji nəzarət və profilaktik tədbirlərdən asılı olduğunu bildirirlər.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Professor Adil Qeybulla Teleqraf-a açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində müxtəlif respirator viruslar sürətlə yayılmaqdadır:
“Ümumiyyətlə, yayılan viruslar arasında qrip virusu, metapnevmo virusu, SARS CoV-2-nin, yəni COVID-19 pandemiyasını törədən virusun omikron ştamının mutasiya olunmuş variantları və respirator sinsitial virus yer alır. H05 və ya H5 adlandırılan virus da əslində qrip virusudur. Virus bir nukleotid zənciridir, hüceyrə deyil. Onun üzərində lipoproteid kapsulu və zülal çıxıntıları olur. Bunlardan biri H -hemaglutinin, digəri isə N – neuraminidazadır. Buna görə də H və N kimi işarə edilir. Vaxtilə bizdə H5N1 virusu – quş qripi yayılmışdı. Bu ştamlar müxtəlif şəkildə mutasiyaya uğrayaraq yeni xüsusiyyətlər əldə edir.
H05 virusu qısa formada ifadə edilən H5 alt tipli A qrip virusudur.Bu, ya H5N1, ya da H5N5-dir. Adətən quşlarda və heyvanlarda xəstəlik törədir. İnsanlarda isə hal-hazırda daha ağır gedişli formada müşahidə olunur. Xüsusilə uşaqlar arasında daha xarakterikdir və ağır pnevmoniya yarada bilir”.
Professor vurğulayıb ki, Dünya Səhiyyə Təşkilatının insan sağlamlığı üçün ən ciddi 10 təhdidindən biri kimi qiymətləndirilən yeni qrip pandemiyası gözlənilir:
“Bu pandemiya mütləq baş verəcək, çünki qrip virusu davamlı olaraq mutasiyaya uğrayır və hər dəfə yeni xüsusiyyətlər qazanır. Hazırda yayılan viruslar da uşaqlar arasında daha çox rast gəlinir, xəstəlik uzun çəkir, pnevmoniya və ağır ağciyər ödeminə meyillidir. Ona görə də birinci növbədə profilaktik tədbirlər görülməlidir, yoluxmamaq və yoluxdurmamaq əsas şərtdir. Xəstə olan insanlar maska taxaraq digərlərini qorumalıdır. Sağlam insanlar da qapalı məkanlarda maskadan istifadə etməlidir bu, məsləhətdir.
Məsələn, İranda etirazlar zamanı insanların böyük əksəriyyəti maska taxır. Bizdə isə ictimai nəqliyyatda, auditoriyalarda və qapalı məkanlarda maskadan istifadə edən yoxdur”.
Adil Qeybulla antibiotiklərin viruslara təsir etmədiyini xatırladıb:
“Hamı həkimlərdən xahiş edir ki, bizə dərman yazın. Əslində antibiotiklər viruslara təsir etmir. Onları boş yerə qəbul etmək və ya vurdurmaq lazım deyil, çünki ziyanı xeyrindən çoxdur. İlk növbədə insanlar yataq rejiminə əməl etməli, bol maye qəbul etməli, hərarət 38,5-dən yuxarı olarsa parasetamol tərkibli dərmanlardan istifadə etməlidir. Dünyada yanaşma belədir.
Ağırlaşma olarsa, mütləq həkimə müraciət olunmalı və müalicə yalnız həkim təyinatı ilə aparılmalıdır. Xəstəliyi ayaqüstə keçirməyə çalışmaq vəziyyəti daha da ağırlaşdıran amillərdəndir”.
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.