Həkimdən XƏBƏRDARLIQ: Bu əlamətlər insultdan xəbər verir
11 Dekabr 2025, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
401
11.05.2025, 22:03
Uşaq Sağlamlığı üzrə mütəxəssis Dr. Ferunda Demir valideynləri xəbərdar edib.
Körpəni yelləmək, tullamaq və ya havaya atmaq kimi sevgi nümayişləri beyin qanaması, tənəffüs dayanması və göz daxili qanama kimi ciddi sağlamlıq riskləri yarada bilər.
Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis Dr. Ferunda Demir xüsusilə 1 yaşdan kiçik körpələrə qarşı edilən bəzi yanlış hərəkətlərin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
O, bildirib:
"Sevgi göstərərkən geri dönüşü olmayan nəticələrə səbəb ola bilərik."
O, körpələri yelləməyin və havaya atıb tutmağın təhlükələrinə xüsusi diqqət çəkib.
"Yelləmək - doğru bilinən yanlışlardan biridir"
Cəmiyyətdə körpələri ağlamaqdan sakitləşdirmək və ya güldürmək üçün edilən yelləmə, tullanma və havaya atıb tutma kimi hərəkətlərin əslində təhlükəli olduğunu bildirən Dr. Demir deyib:
"Körpələrin baş ölçüsü, bədənlərinə nisbətən daha böyükdür. Bu da baş nahiyəsinə gələn sarsıntıların daha ciddi nəticələrə yol açmasına səbəb olur. Başın irəli, geri və ya yana sarsılması beyin damarlarında yırtıqlara, göz daxili qanamalara və hətta beyin qanamasına səbəb ola bilər."
"Zehni və fiziki zədələr baş verə bilər"
Həmçinin oxuyun
Dr. Demir bildirib ki, sarsıntı nəticəsində yalnız beyində deyil, tənəffüsü idarə edən sinirlərdə də zədələnmələr ola bilər:
"Bu cür travmalar qəfil tənəffüs dayanmasına səbəb ola bilər. Sadəcə əylənmək və ya sakitləşdirmək məqsədilə edilən bu hərəkətlər körpələrdə həyati təhlükə yarada bilər."
Dr. Demir qeyd edib ki, bəzən körpələrin havaya atılıb tavana çırpıldığı və ya yerə düşərək travma aldığı hallar da müşahidə olunur:
"Bu cür qəzalar həm baş, həm də bədən travmalarına səbəb olur. Qalıcı zehni və fiziki zədələr yarana bilər."
"Göz təması sağlam bağlanmanı dəstəkləyir"
Dr. Demir körpələri sevməyin ən düzgün yolunun yumşaq və sakit bir təmas olduğunu vurğulayıb:
"Körpə ilə göz təması qurmaq, onunla danışmaq, mahnı oxumaq, toxunmaq kimi üsullar həm inam yaradır, həm də sağlam bağlanmanı dəstəkləyir. Bunun üçün körpənin bezinin təmiz, qarnının tox və ümumilikdə rahat olması da vacibdir."
Sonda Dr. Demir sarsıntı və ya travma sonrası müşahidə edilə biləcək əlamətləri də sadalayıb:
"Əgər körpə bir nöqtəyə sabit baxırsa, davranışlarında qəribəlik varsa, şiddətli qusma, gözlərdə sürüşmə kimi əlamətlər müşahidə olunursa, mütləq həkimə müraciət olunmalıdır. Erkən müdaxilə qalıcı zədələrin qarşısını ala bilər."/Milli.Az
21:34 / 13 Dekabr 2025
20
21:21 / 13 Dekabr 2025
22
21:19 / 13 Dekabr 2025
23
21:15 / 13 Dekabr 2025
21
21:02 / 13 Dekabr 2025
25
20:49 / 13 Dekabr 2025
165
20:44 / 13 Dekabr 2025
44
20:36 / 13 Dekabr 2025
45
20:26 / 13 Dekabr 2025
53
20:01 / 13 Dekabr 2025
184
19:53 / 13 Dekabr 2025
62
19:21 / 13 Dekabr 2025
297
19:16 / 13 Dekabr 2025
94
18:32 / 13 Dekabr 2025
907
18:12 / 13 Dekabr 2025
155
18:02 / 13 Dekabr 2025
100
17:43 / 13 Dekabr 2025
1507
17:09 / 13 Dekabr 2025
100
16:55 / 13 Dekabr 2025
327
15:58 / 13 Dekabr 2025
108
15:47 / 13 Dekabr 2025
97
15:39 / 13 Dekabr 2025
121
15:08 / 13 Dekabr 2025
2783
14:50 / 13 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.