Qaynar xətt:

(+99450) 247 90 86

Hamilələrin diqqətinə! Səyahət edərkən ehtiyatlı olun

Hamilələrin diqqətinə! Səyahət edərkən ehtiyatlı olun

TİBB

1765

30.04.2018, 16:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Hamiləlik dövründə problemsiz səyahət etmək üçün nələrə diqqət etmək lazımdır? Ailem.az hamiləlik zamanı səyahət etmək istəyən xanımlara məsləhətlərini verir.  
Analığa namizəd xanımlar üçün səyahət etməyin ən yaxşı dövrü hamiləliyin 18-24-cü həftələrdir. Çünki bu dövrlərdə uşağın düşməsi və vaxtından tez doğuş riski daha azdır. Hamilə qadınlar harasa səfər edən zaman yolda 6 saatdan çox olmamalıdırlar. Ayaq damarlarında laxta yaranmasının və ayaqda şişlərin qarşısını almaq üçün səfər zamanı saat başı və ya iki saatdan bir 15 dəqiqə piyada gəzmək lazımdır. Doğuşa 3 ay qalmış evdən uzaqlaşmaq ona görə düzgün deyil ki, yarana biləcək yüksək təzyiq, erkən doğuş riski ehtimalında həkimə çatmaq çətin ola bilər.  
Hava yolları şirkətləri hamilələrə 35-36-cı həftələrə qədər səyahət etməyə icazə verir. Uçuş firmaları isə hamiləliyi 28-ci həftədən böyük olan sərnişinləri həkim icazəsi olmadan qəbul etmir. Vaxtından əvvəl doğuş, yüksək təzyiq, qanama kimi riskli vəziyyətlər yoxdursa, uçuş səyahətində hər hansı qorxu yoxdur.   Təyyarə ilə səyahət edən zaman diqqət edilməsi vacib olan bir neçə məqam var. Hamilələrin təhlükəsizlik qapılarından keçməmələri daha düzgündür. Hərəkətsizlik səbəbindən ayaqda yaranan qan dövranı pozuntuları hamilələr üçün əsas problemlərdən biridir. Buna görə də təyyarədə hər saat başı ayağa qalxaraq 15 dəqiqə gəzmək lazımdır. Hamilə qadınlarda qansızlıq əlaməti səyahət üçün təhlükəli ola bilər. Uçuş zamanı bolluca maye qəbul etmək lazımdır ki, qan sıxlığı artırılsın və damar tıxanması riski azalsın. Yol uzunu təhlükəsizlik kəməri mütləq bağlı qalmalıdır.   Hamilə qadınlar maşınla səyahətə də fikir verməlidirlər. Maşında uzun zaman oturmaq ayaqlarda qan dövranına təsir edə, ayaq və biləklərdə şişkinliklərə səbəb ola bilər. Buna görə də uzun vaxt tələb edən səyahətlərdə hər 1,5-2 saatdan bir fasilə verərək yüngül gəzintiyə vaxt ayırmaq qan dövranını artırır. Səfər zamanı oturarkən ayaqlarınızda bəzi dartılma hərəkətləri etmək oturmanın mənfi fəsadlarını azalda bilər. Dartılma hərəkətləri üçün oturmuş vəziyyətdə ayaqlarınızı irəliyə-geriyə doğru uzadın, topuqlar mərkəz olması şərtilə ayaqlarınızı yavaşca özünüzə doğru çəkərək baldır əzələlərinizi dartın. Daha sonra ayaq biləklərinizi sağa-sola çevirin və barmaqlarınızı açıb-bağlayın. Əgər maşını özünüz sürürsünüzsə, mütləq sükanı qarnınızdan ola biləcək ən uzaq masəfədə saxlayın.     Hamilə xanımların təhlükəsizlik kəməri taxmaları da müzakirə mövzusudur. Belə qadınlar hansı nəqliyyat vasitəsilə səyahət etmələrindən asılı olmayaraq, mütləq təhlükəsizlik kəməri taxmalıdırlar. Təhlükəsizlik kəmərini bağlayarkən qarnınızın üstündən yox, altından keçirin və omba xəttində olmasına diqqət edin. Əgər təhlükəsizlik kəmərini düz qarnınızın üstündən keçən şəkildə bağlasanız, qəza vəziyyətində yaranacaq güclü təzyiq körpənin plasentadan (ciftdən) tez ayrılmasına səbəb ola bilər. Bundan başqa, təhlükəsizlik kəmərinin çiyin hissəsi düz sinənin ortasında olmalıdır. Kəmərin boyun hissədə olması təhlükəlidir. 

Digər xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

19:34 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

81

0
Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

19:20 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

31

0
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

19:03 / 05 Oktyabr 2026

İDMAN İDMAN

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

41

0
medialiteracy-media-gov
Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

19:00 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

72

0
Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

18:42 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

67

0
Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

18:35 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

83

0
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

18:29 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

62

0
Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

18:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

59

0
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

18:08 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

67

0
Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

18:04 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

118

0
Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

17:59 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

70

0