5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
267
05.10.2026, 17:59
Rəqəmsal platformaların sürətli inkişafı insanlara gündəlik həyatın hər bir sahəsində saysız-hesabsız seçim imkanları təqdim edir. Müasir dövrdə alacağımız geyimindən tutmuş izləyəcəyimiz məzmuna qədər hər şey geniş variant bolluğu ilə əhatə olunub.
Variantların həddindən artıq çox olması qərarvermə prosesini asanlaşdırmaq əvəzinə, insanlarda ciddi tərəddüd və qeyri-müəyyənlik yaradır. Müasir azadlığın yaratdığı bu paradoks fərdlərin diqqətini cəmləməsini çətinləşdirir və onları ruhi gərginliyə salır. Məhdud variantlar qarşısında daha rahat fokuslanan insan, geniş alternativlər arasında nəyi seçəcəyini azaraq vaxt itkisinə məruz qalır. Daim "bəlkə o biri variant daha yaxşı idi" düşüncəsi psixoloji təzyiqi artırır və qərarlardan məmnunluq hissini azaldır. Bu səbəbdən rəqəmsal əsrdə daxili sakitliyi qorumaq və doğru addım atmaq üçün xüsusi yanaşmalara ehtiyac duyulur. Mövzu ilə bağlı geniş təhlil təqdim edən mütəxəssis gündəlik qərarlardakı bu gərginlikdən çıxış yollarını diqqətə çatdırıb.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən sosioloq Mail Yaqub seçim bolluğunun psixoloji təsirlərini və bu vəziyyətdən çıxış yollarını belə şərh edib:
"Müasir sosioloqlar qeyd edirlər ki, insan modern dövrdə seçim imkanlarını artırdı və düşündü ki, seçimlər çoxaldıqca daha azad və sərbəst olacaq, istədiyini rahat seçə biləcək. Lakin bu, tam əks effekt verdi. Seçim çoxaldıqca insanlarda 'seçim tərəddüdü' yarandı”.
Onun sözlərinə görə, bir var ki, seçim azdır, cəmi bir-iki yol var; bu zaman insan rahatlıqla fokuslanır, konkret bir seçimə konsentrasiya olunaraq işini görür. Bir də var ki, qarşıda 10, 20, 30, hətta 100 seçim var. Bu variantların arasında insan gecikir, hansını seçəcəyini bilmir. Bu, müasir azadlığın yaratdığı əsas paradokslardan biridir”.
Sosioloq qeyd edib ki, insan elə bilirdi ki, seçim çoxaldıqca daha rahat yaşayacaq, amma bu tərəddüd və fokuslana bilməmək fərddə əlavə psixoloji gərginlik formalaşdırdı.
Bəs bu gərginlikdən necə çıxmalıyıq?
Mail Yaqub çıxış yolu olaraq vurğulayıb ki, hər bir insan öz qınına çəkilməyi, konsentrasiya olmağı bacarmalıdır. İnsan təklikdə sakit bir otağa çəkilib 'Mən həqiqətən nə istəyirəm?' sualına cavab tapmalı və öz ehtiyacını müəyyənləşdirməlidir. Əgər bunu konkretləşdirə bilməsə, variantlar arasında gizlənib qalacaq və heç bir seçim edə bilməyəcək.
“Bəlkə bu geyimi alım, bəlkə o biri daha yaxşı idi' kimi 'bəlkə'lər insanı məhv edir. Yeganə yol sakitləşmək, düşünmək, ehtiyacını və büdcəsini dəqiq müəyyən edərək addım atmaqdır",-deyə sosioloq əlavə edib.
Sosioloqun da vurğuladığı kimi, rəqəmsal dövrün təqdim etdiyi sonsuz imkanlar düzgün idarə olunmadıqda fərdin həyat keyfiyyətinə mənfi təsir göstərir. Seçim bolluğu fonunda formalaşan psixoloji gərginlikdən qorunmaq üçün hər bir fərd öz real tələbatlarını düzgün qiymətləndirməyi bacarmalıdır. İnformasiya və məhsul bolluğu arasında itib-batmamaq üçün müasir insanın ən vacib bacarıqlarından biri də diqqəti əsas hədəfə fokuslamaqdır. Əks halda, sonsuz alternasiyalar və tərəddüdlər daxili narahatlığı artıraraq qərarvermə qabiliyyətini tamamilə zəiflədə bilər.
Mütəxəssislər bildirirlər ki, rəqəmsal aləmdə daxili tarazlığı saxlamamaq uzunmüddətli dövrdə mənəvi və psixoloji tükənməyə gətirib çıxarır. Yalnız öz ehtiyaclarını ön plana çəkən və lazımsız informasiya yükündən imtina edən fərdlər rəqəmsal əsrin yaratdığı bu gərginlikdən uğurla sığortalana bilərlər.
Çimnaz Telmanqızı
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.