Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq
05 Oktyabr 2026, 18:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
58
05.10.2026, 18:42
Müasir təbabətdə yüksək riskli xəstəliklərin müalicəsi zamanı tətbiq edilən metodlar daim təkmilləşdirilir və yenilənir. Ənənəvi cərrahi əməliyyatlarla yanaşı, son illərdə əməliyyatsız və minimal invaziv üsulların tətbiqinə də geniş üstünlük verilir. Bu müasir yanaşmalar bir çox hallarda pasiyentin əməliyyat riskini və reabilitasiya müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan yaradır. Lakin belə müalicə taktikalarının seçilməsi xəstəliyin növündən, mərhələsindən və insanın ümumi sağlamlıq göstəricilərindən birbaşa asılıdır. Hər bir pasiyent üçün fərdi müalicə protokolunun müəyyənləşdirilməsi həyati əhəmiyyət kəsb edən əsas amillərdəndir. Tibb elminin inkişafı ağır xəstəliklərlə mübarizədə daha az travmatik yolların axtarılmasını zəruri edir. Bəzən fərdi orqanizm resursları gözləniləndən daha yüksək dözümlülük nümayiş etdirərək müalicə gedişatına müsbət təsir göstərir. Mövzu ilə bağlı geniş təhlil və mövcud reallıqlar cəmiyyətdə böyük maraq doğurur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən tibb eksperti Rasif Bağırov bildirib ki, xəstəliklə bağlı riskləri dəqiqləşdirmək üçün ilk növbədə ilkin müayinə üsullarından istifadə olunur:
"Sözügedən riskləri müəyyən etmək üçün ilk növbədə əlimizdə olan ilkin üsullardan – laboratoriya müayinələri, instrumental müayinələr və digər prosedurlardan istifadə olunur. Həmin prosedurlar həyata keçirilərək xəstənin sağlamlıq vəziyyəti dəqiqləşdirilir ki, bu xəstənin həmin xəstəliklə bağlı dözümlülük müddəti nə qədər ola bilər”.
Onun sözlərinə görə, bütün bunlar müəyyən şkalalar üzrə dəqiqləşdirilir ki, xəstənin orqanizmi hansı müddətədək ağır bir prosedurdan kənar şəkildə işləyə bilər. Bu göstəriciləri həmin şkalalar, analizlərin vəziyyəti və orqanizmin ümumi sağlamlıq göstəriciləri ilə müəyyən etmək mümkündür.
Ekspert qeyd edib ki, bəzi hallarda instrumental müayinələr xəstəyə qısa zamanda hansısa bir prosedura məruz qalmağı təklif etsə də, təcrübədə fərqli mənzərə ilə rastlaşırıq:
“Pasiyentlər imkansızlıqdan və ya digər səbəblərdən həmin ağır prosedurları yerinə yetirməyərək alternatif, daha ucuz yollara üstünlük verirlər. Onlar müalicə prosesini bu şəkildə davam etdirirlər və çox qəribədir ki, uzunmüddətli, aktiv həyat yaşayırlar. Hətta ağır prosedurlara və ya ağır proseslərə düşməyə ehtiyac belə qalmır. Xəstə gözlənilməz dərəcədə uzun müddət aktiv yaşaya bilir”.
Rasif Bağırov vurğulayıb ki, əsasən belə hallar hələ ki tibbə məlum olmayan səbəblərlə bağlıdır:
“Düşünürəm ki, gələcəkdə həmin səbəblər də tibbə məlum olduqdan sonra xəstənin dəqiq hansı müddətə və necə yaşaya biləcəyini 100 faiz demək mümkün olacaq. Lakin hazırda xəstələrin böyük əksəriyyətində dəqiq vaxt ehtimal olunur; 100 faiz dəqiq demək olmur, yalnız faiz nisbəti ilə ehtimallar irəli sürülür. Bəzən də həmin faizlərdən kənaraçıxma halları olur ki, bu da insanın öz orqanizminin verdiyi reaksiyalardan və daxili imkanlarından irəli gəlir. Bu cür hallar həkimlərin özü üçün də müəyyən təəccüb və qəribəliklərə yol açır”.
Yekun olaraq qeyd edək ki, tibb elmində sürətli inkişaf getməsinə baxmayaraq, insan orqanizminin imkanları hələ də tam kəşf olunmamış qalır. Müasir texnologiyalar xəstəliklərin dəqiq diaqnostikası və müalicəsində böyük imkanlar açsa da, həkimlərin fərdi yanaşması aparıcı rol oynamağa davam edir. Gələcəkdə aparılacaq elmi tədqiqatlar insan orqanizminin daxili potensialını daha dəqiq qiymətləndirməyə şərait yaradacaq. Bu isə öz növbəsində yüksək riskli xəstəliklərlə mübarizədə xəstələrin həyat keyfiyyətinin yüksəldilməsinə və risklərin minimuma endirilməsinə xidmət edəcək. Unutmaq olmaz ki, hər bir tibbi qərar yalnız ixtisaslaşmış mütəxəssislərin nəzarəti və rəyi altında qəbul edilməlidir.
Çimnaz Telmanqızı
Həmçinin oxuyun
19:03 / 05 Oktyabr 2026
29
19:00 / 05 Oktyabr 2026
54
18:35 / 05 Oktyabr 2026
72
18:29 / 05 Oktyabr 2026
51
18:21 / 05 Oktyabr 2026
50
18:08 / 05 Oktyabr 2026
63
18:04 / 05 Oktyabr 2026
108
17:59 / 05 Oktyabr 2026
65
17:56 / 05 Oktyabr 2026
69
17:54 / 05 Oktyabr 2026
70
17:53 / 05 Oktyabr 2026
66
17:52 / 05 Oktyabr 2026
65
17:44 / 05 Oktyabr 2026
713
17:23 / 05 Oktyabr 2026
87
16:47 / 05 Oktyabr 2026
87
16:16 / 05 Oktyabr 2026
1447
16:06 / 05 Oktyabr 2026
286
16:03 / 05 Oktyabr 2026
122
15:55 / 05 Oktyabr 2026
82
15:41 / 05 Oktyabr 2026
95
15:32 / 05 Oktyabr 2026
152
15:31 / 05 Oktyabr 2026
205
15:25 / 05 Oktyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.