Prezidentin bu sərəncamı ilə YENİ MƏRHƏLƏ BAŞLADI
14 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
381
05.10.2026, 19:20
Son illərdə Azərbaycan ilə Çin Xalq Respublikası arasında diplomatik və iqtisadi əlaqələr keyfiyyətcə yeni və strateji mərhələyə qədəm qoyub. İki ölkə arasında dərinləşən tərəfdaşlıq ticarət, investisiya, nəqliyyat-logistika və "yaşıl enerji" sahələrində geniş imkanlar açır. Xüsusilə "Orta Dəhliz" çərçivəsində reallaşan birgə layihələr Azərbaycanın regional tranzit və loqistika mərkəzi kimi pozisiyasını daha da möhkəmləndirir. Rəsmi Bakının yürütdüyü müstəqil və balanslaşdırılmış xarici siyasət Pekin ilə münasibətlərin çoxşaxəli inkişafına etibarlı zəmin yaradır. Yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində nəzərdə tutulan tərəfdaşlıq regional iqtisadi inteqrasiyanı sürətləndirən ana amillərdən birinə çevrilir. Bu genişmiqyaslı əməkdaşlıq yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin bərqərar olmasına töhfə verir.
Qlobal geosiyasi yenidənqurma və beynəlxalq gərginliklər fonunda Çin-Azərbaycan tərəfdaşlığı regional güc balansına və sabitliyə müsbət təsir göstərir. Pekinin Avropa bazarlarına çıxışında etibarlı körpü rolunu oynayan Azərbaycan öz növbəsində Çinin böyük investisiya potensialından səmərəli faydalanmaq imkanı əldə edir. Tərəflərin qarşılıqlı maraqlara və hörmətə söykənən bu addımları yaxın gələcəkdə münasibətlərin hətta rəsmi müttəfiqlik səviyyəsinə yüksələcəyindən xəbər verir. Beləliklə, Azərbaycan-Çin əlaqələrinin dərinləşməsi həm tərəflərə, həm də bütün region ölkələrinə uzunmüddətli siyasi və iqtisadi dividendlər vəd edir.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Oxu24.com-a açıqlamasında Azərbaycan-Çin əlaqələrinin açdığı imkanları və regional təsirlərini diqqətə çatdırıb.
Politoloq bildirib ki, Azərbaycanla Çin strateji tərəfdaşdır və bu istiqamətdə artıq mühüm dövlət layihələri həyata keçirilir:
“Orta Dəhliz vasitəsilə Çin-Azərbaycan əməkdaşlığı bundan sonra daha da intensivləşəcək. Çünki Azərbaycan Çin üçün Avropa və Qərb bazarlarına çıxış imkanı yaradan ən təhlükəsiz, etibarlı və strateji tranzit qovşağıdır. Bu nəqliyyat-logistika imkanları Azərbaycanın regional tranzit əhəmiyyətini və geosiyasi çəkisini daha da artırır”.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, iki ölkə arasında dərinləşən münasibətlər növbəti mərhələdə rəsmi müttəfiqlik müqaviləsinin bağlanması ilə nəticələnə bilər:
“Bu proseslər Çin-Azərbaycan əməkdaşlığının növbəti mərhələdə müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxara bilər. Bu, Azərbaycanın yürütdüyü uzaqgörən və balanslaşdırılmış xarici siyasətin növbəti müsbət nəticəsidir”.
Politoloqun fikrincə, dünyada beynəlxalq siyasi nizamın yenidən formalaşdığı bir dövrdə Çin-Azərbaycan strateji tərəfdaşlığı regional təhlükəsizlik amilinə çevrilir. Bu əməkdaşlıq həm Mərkəzi Asiya dövlətlərinin, həm də Cənubi Qafqazın iqtisadi inteqrasiyasını sürətləndirir, regionda uzunmüddətli sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasına birbaşa töhfə verir.
Məhəmməd Əsədullazadə yekunda qeyd edib ki, Bakı və Pekin arasında qurulan bu strateji körpü hər iki tərəfə, eləcə də bütün region ölkələrinə böyük iqtisadi və siyasi dividendlər qazandıracaq. Çin öz yükdaşımaları üçün etibarlı marşrut qazanırsa, Azərbaycan iqtisadiyyatına yeni investisiya axınları, tranzit gəlirləri və beynəlxalq aləmdə güclü siyasi dəstək təmin edilmiş olur.
Çimnaz Telmanqızı
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.