Bakıda temperatur 7-8 dərəcə enəcək - Növbəti 3 gün...
15 Noyabr 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1899
05.10.2026, 11:02
Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək.
Oxu24.com xəbər verir ki, bu haqda yeni hazırlanmış "Pulsuz hüquqi yardım haqqında" qanunun layihəsində öz əksini tapıb.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, hüquqi yardıma ehtiyacı olan, lakin göstərilən yardıma görə xidmət haqqını və digər xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan (maddi vəziyyəti və orta aylıq gəliri cari il üçün yaşayış minimumundan aşağı olan) aztəminatlı şəxslər pulsuz peşəkar hüquqi yardım alacaqlar.
Həmin şəxslər:
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- əlilliyi olan işləməyən şəxslər;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyatda olan şəxslərdir.
Hüquqi yardıma ehtiyacı olan digər şəxslər sırasında şəhid ailələrinin üzvləri, müharibə veteranları, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər də yer alır.
Bununla bərabər, "Korrupsiya ila əlaqadar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanuna uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər, yetkinlik yaşına çatmayan şəxslər, qaçqın statusu almış şəxslər, Azərbaycan tərəfindən siyasi sığınacaq verilmiş şəxslər, valideyn himayəsindən məhrum olmuş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər (cəzaçəkmə müəssisəsindən azad edildiyi gündən 1 il müddətinə), üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər də pulsuz hüquqi yardımla təmin olunacaqlar.
Layihədə qeyd edilib ki, peşəkar hüquqi yardımı ödəmək üçün kifayət qədər vəsaiti olmayan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə müdafiəçi tərəfindən, xüsusi ittihamçıya onun nümayəndəsi tərəfindən, insan alveri qurbanına, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə vəkil tərəfindən, habelə ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış şəxsə (zərər çəkmiş şəxsin yaxın qohumu və ya digər qohumu) vəkil tərəfindən Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.
Sənəddə vurğulanıb ki, Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş şəxslərə, habelə inzibati mübahisələrə dair işlər üzrə məhkəmədə təmsil edilməsi ilə əlaqədar şəxslərə həmin Məcəlləyə və Azərbaycan İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.
İnzibati qaydada tutulmuş şəxslərə, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslərə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.
Hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçiyə Konstitusiya Məhkəməsində təmsil edilməsi ilə əlaqədar bu Qanuna, "Konstitusiya Məhkəməsi haqqında" və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlarına uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.
Pulsuz hüquqi yardım vətəndaşların beynəlxalq təşkilatlarda, onların nümayəndəliklərində, habelə diplomatik nümayəndəlikləri və konsulluqlarında hüquqlarının müdafiəsi ilə bağlı işlərin görülməsinə şamil edilməyəcək.
10:50 / 15 Noyabr 2026
19
10:25 / 15 Noyabr 2026
142
10:21 / 15 Noyabr 2026
74
10:18 / 15 Noyabr 2026
70
10:12 / 15 Noyabr 2026
96
09:35 / 15 Noyabr 2026
352
07:35 / 15 Noyabr 2026
129
05:50 / 15 Noyabr 2026
131
01:35 / 15 Noyabr 2026
149
01:10 / 15 Noyabr 2026
161
23:59 / 14 Noyabr 2026
349
23:51 / 14 Noyabr 2026
191
23:47 / 14 Noyabr 2026
206
23:33 / 14 Noyabr 2026
170
23:23 / 14 Noyabr 2026
510
23:16 / 14 Noyabr 2026
170
23:05 / 14 Noyabr 2026
709
23:01 / 14 Noyabr 2026
546
22:28 / 14 Noyabr 2026
1388
22:19 / 14 Noyabr 2026
173
21:55 / 14 Noyabr 2026
177
21:32 / 14 Noyabr 2026
199
21:22 / 14 Noyabr 2026
279
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.