Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
25 Oktyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
325
05.10.2026, 13:58
"Əvvəllər həm dəmyə ərazilərdə, həm səthi suvarmada, klassik suvarmada hektarına 200 manat subsidiya ödənilirdisə, müasir suvarma altında olan sahələrə, ixtisaslaşmış rayonlarda hektarına 400 manat subsidiya ala biləcəklər".
Oxu24.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Aqrar Biznes Festivalı" çərçivəsində təşkil edilən "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində deyib.
Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər
O bildirib ki, eyni məntiq azad olunmuş ərazilərə də tətbiq olunur:
"Azad olunmuş ərazilərdə artıq ikinci ildir ki, bu mexanizm mövcuddur. Biz bunun faydasını burada gördük və artıq növbəti ildən digər bölgələrdə də tətbiq etməyə başlayırıq.
Müasir suvarma altında olan ərzaqlıq buğda istehsalçıları ixtisaslaşmış rayonlarda tonuna 100 manat əlavə subsidiya əldə edəcəklər. Subsidiya istehsal etdikləri məhsul ərzaqlıq buğda kateqoriyasına laboratoriyada təsdiqini aldıqdan və onu emala təhvil verdikdən sonra təqdim ediləcək.
Burada da vacib məqam məhz emala təhvil verilməsidir. Biz xammalın emala yönəldilməsinə nail olmağa çalışırıq.
Amma bu yeni mexanizm çərçivəsində söhbət sadəcə müasir suvarmadan getmir. Eyni zamanda, digər istehsalçılar üçün də bu imkanı saxlayırıq və ixtisaslaşmış rayonlarda istehsal olunan ərzaqlıq buğdanı istənilən istehsalçı artıq emalçılara təhvil verib tonuna əlavə 50 manat subsidiya əldə edə biləcək.
Bu, müasir suvarmanın təşviq edilmə yollarından biridir.
Bağçılıqda da azad olunmuş ərazilərdə və Naxçıvanda, demək olar ki, iki dəfə daha artıq subsidiya verilməklə müxtəlif meyvə növlərinin əkilməsi üçün birdəfəlik subsidiyanın ayrılması təşviq mexanizmləri kimi istifadə olunur.
Burada hektarına 2-3 min manatdan başlayaraq 20 min manatadək dəstəyin verilməsi nəzərdə tutulub".
Nazir əlavə edib ki, bundan başqa, texnika, müasir suvarma, qoşqular, örtülü hava depoları və ya silolar istiqamətində dəstək mexanizmləri də nəzərdə tutulub:
"Bunların xeyli hissəsində əvvəlki zamanlarda tətbiq olunan 40 faizlik güzəşt 50 faizə, yerli istehsal olunan müasir suvarma sistemlərinə isə 60 faizə qədər artırılır.
İstixanalara yönəlik dəstək mexanizmləri də nəzərdə tutulub. Yerli istehsal edilmiş metal konstruksiyalara və yerli istehsal edilmiş şüşələrə 20 faizlik dövlət güzəşti tətbiq olunacaq. Bundan əlavə, müxtəlif istixana növlərinə görə hektar başına subsidiya ayrılması nəzərdə tutulub".
M.Məmmədovun sözlərinə görə, ölkəyə idxal olunan dişi heyvan üçün illik 500 manat verilməsi, ondan doğulan və sürü dövriyyəsinin təminatını təşkil edən, Azərbaycanda yetişdirilən yeni cins heyvanlara isə 800 manat subsidiya verilməsi nəzərdə tutulub.
O bildirib ki, yeni investisiya edənlər, yeni ferma tikənlər üçün isə yaratdıqları yeni fermalarda hər heyvan başına südçülük təsərrüfatlarında 1500 manat, ətçilik təsərrüfatlarında isə əlavə 1000 manat subsidiya verilməsi nəzərdə tutulur:
"Bunlar əvvəlki 60 faizlik güzəşt mexanizminə əlavə olaraq veriləcək dəstəklərdir.
Eyni zamanda, süni mayalanma mexanizmində də dəyişiklik olunub. Süni mayalanmada əvvəlki zamanlarda hər yeni doğulan buzova 100 manat subsidiya verilirdisə, bu, 75 manata endirilir. Lakin həmin buzovdan doğulacaq, süni mayalanma yolu ilə, yəni nəsli davam etdiriləcək və sürü dövriyyəsi təmin ediləcək heyvanlara isə artıq 150 manat subsidiya nəzərdə tutulur".
16:35 / 25 Oktyabr 2026
2
16:05 / 25 Oktyabr 2026
51
15:37 / 25 Oktyabr 2026
223
15:34 / 25 Oktyabr 2026
62
15:19 / 25 Oktyabr 2026
74
15:08 / 25 Oktyabr 2026
100
15:05 / 25 Oktyabr 2026
78
14:36 / 25 Oktyabr 2026
77
14:15 / 25 Oktyabr 2026
523
14:00 / 25 Oktyabr 2026
187
13:50 / 25 Oktyabr 2026
251
13:50 / 25 Oktyabr 2026
69
13:35 / 25 Oktyabr 2026
135
13:18 / 25 Oktyabr 2026
1187
13:05 / 25 Oktyabr 2026
78
12:44 / 25 Oktyabr 2026
580
11:19 / 25 Oktyabr 2026
92
10:45 / 25 Oktyabr 2026
134
10:34 / 25 Oktyabr 2026
960
07:01 / 25 Oktyabr 2026
267
23:16 / 24 Oktyabr 2026
280
22:52 / 24 Oktyabr 2026
292
22:34 / 24 Oktyabr 2026
195
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.