Qaynar xətt:

(+99450) 247 90 86

Seksdə kişiləri utandıran hal: tam müalicəsi var –

Seksdə kişiləri utandıran hal: tam müalicəsi var –

TİBB

3685

30.04.2018, 11:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Ailem.az həkim-psixoterapevt Orxan Fərəclinin məqaləsini təqdim edir.
Aktiv cinsi həyat yaşayan kişilərin böyük əksəriyyətinin tez-tez rastlaşdığı erkən boşalma günümüzün reallığında heç bir dərman istifadə etmədən, yalnız psixoterapevtik metodlar vasitəsilə 90-95 faiz tam aradan qalxan problemdir.  
Erkən boşalma nədir? Cinsi əlaqənin qadının, eləcə də kişinin həzz almasına imkan verməyəcək dərəcədə tez bitməsi erkən boşalma adlanır. Müasir tibdə erkən boşalmaya xəstəlikdən daha çox bir adaptasiya problemi olaraq baxılır. Yəni ailələrin bu problemi yaşamalarına səbəb xəstəlikdən daha çox cinsi həyatlarına uyğunlaşa bilməmək, onu idarə edə bilməməkdir. Niyə tez boşalma olur? Cinsi həyat haqqında çox ciddi tabularımızın, mühafizəkar əxlaq normalarının olduğu bir cəmiyyət olmağımız heç kəsə sirr deyil.  Məhz bu səbəblərdəndir ki, cinsi həyat haqqında informasiyalar yanlış, yaxud da yetərsizdir. Erkən boşalma probleminin ən böyük səbəbi uşaq yaşlarında edilən masturbasiya, həmin anda tutulma qorxusu və yaxalanmadan tez boşalaraq həzzi yaşayım düşüncəsi olmuşdur. Bundan başqa “partnyorum mütləq məndən razı qalmalıdır” düşüncəsi, partnyora hədsiz emosional bağlılıq, pul müqabilində edilən cinsi əlaqələr də erkən boşalmanın yaranma səbəbləri arasındadır. İdeal cinsi əlaqə nə qədər davam etməlidir? Həkim olaraq bizə tez-tez verilən suallardan biri də məhz cinsi əlaqənin ideal müddətinin nə qədər olması ilə bağlıdır. Qeyd edim ki, bu, olduqca individualdır, şəxsə, münasibətə, məkana, zamana görə dəyişən bir rəqəmdir. Bəzi cütlüklər üçün 1 dəqiqə kifayət etdiyi halda, digərləri üçün 12-15 dəqiqə kifayət etməyə bilər.   Tibbi təcrübədə erkən boşalma probleminin dərəcəsini müəyyən etmək üçün bəzi standartlar qəbul olunub. Əgər cinsi əlaqə başlamadan boşalma baş verirsə, bu, ağır dərəcəli olaraq təsnif edilir. Aktiv cinsi əlaqə başladıqdan 1 dəqiqə və ya daha tez boşalma olursa, bu, orta dərəcəli hesab olunur. 1-5 dəqiqə arasında boşalma aktı olarsa, bu, erkən boşalma adlanır. Nəzərinizə çatdırım ki, bu problemdən əziyyət çəkənlərin 70 faizi 1-5 dəqiqə arasında boşalan insanlardır. Erkən boşalmanın müalicəsi varmı? Əgər sizin orqanizminizdə erkən boşalmaya səbəb olacaq digər tibbi problemlər yoxdursa (böyrək, prostat və sair), heç bir dərman istifadə etmədən psixoterapevtik texnikalar vasitəsi ilə probleminizi aradan qaldırmaq mümkündür. Bəzən insanlar gec boşalmaq üçün müxtəlif dərmanlardan, spreylərden istifadə edirlər. Bu tip dərmanlar həmin cinsi akt üçün kömək etsə də, problemi kökündən həll etmək iqtidarında deyil. Problemin aradan qalxmasını, normal cinsi həyatınızın olmasını istəyirsinizsə, bunu kökündən həll etməlisiniz.

Digər xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

19:34 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

81

0
Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

19:20 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

31

0
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

19:03 / 05 Oktyabr 2026

İDMAN İDMAN

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

41

0
medialiteracy-media-gov
Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

19:00 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

72

0
Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

18:42 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

67

0
Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

18:35 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

83

0
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

18:29 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

62

0
Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

18:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

59

0
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

18:08 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

67

0
Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

18:04 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

118

0
Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

17:59 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

70

0