Aygün Kazımova Moskvaya gedir
10 Noyabr 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1861
03.06.2021, 19:53
Ölkəmizdə bir ildən çoxdur ki, toy, yas və kütləvi mərasimlərin keçirilməsinə qadağa qoyulub. Koronavirus pandemiyasının nə zaman bitəcəyi ilə bağlı dəqiq zaman bəlli deyil.
Bir neçə gün sonra idman zalları və məscidlər açılsa da, toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa hələ də qüvvədədir. Bundan gileylənən insanlar isə əsasən qazanc yerləri toylardan olan sənətçilərdir.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan müğənni Əli Mirəliyev toyların açılması ilə yoluxma sayının artacağını düşündüyünü deyib:
"Mən özüm də məəttəl qalmışam. Bilmirəm toyların açılmasını istəyimmi, ya yox. Bilirsiniz, bizim millət elədir ki, toy oldusa yeyib, içib, bir-birinə yapışır, öpüşürlər. Məncə, bundan qorxub toy məclislərinin keçirilməsinə icazə vermirlər. Bizm toylarda adətdir əvəvəl öpüşüb görüşürlər, sonra dava-qırğın olur, qan su yerinə gedir. Pandemiyadan əvvəl toyxanalarda vəziyyət bu idi, içki içib dava salırdılar. Amma Avropada, Türkiyədə vəziyyət belə deyil. Orada toylar başqa cür olur, az adamla məclis təşkil olunur, masa ətrafına yığışırlar, "İsveç masası" edirlər. Mən xarici toylarda çox olmuşam, bilirəm. Bizdə isə stolda bir-birlərinə yapışırlar, qucaqlaşırlar, oynayırlar, bilinmir kim-kimin arvadını qucaqlayıb, qucaqladığı anasıdı, bacısıdır ya kimdir..."
İfaçının sözlərinə görə, Operativ Qərargah yoluxma sayını nəzərə alaraq toyların açılmasına risk etmir:
"Koronavirus yoluxucu xəstəlik olduğu üçün toylara qoyulan qadağanın qüvvədə qaldığını düşünürəm. Çünki Operativ Qərargah da həkimlər də bizim xalqın xasiyyətini bilir. Qorxurlar, risk edə bilmirlər. Ölüm sayı azalsa da, ölkədə hələ də yoluxanlar çoxdur. Hamı istəyir ki, toylar olsun, bu qərarı verənlərin də balaları var, təbii ki, başa düşürlər, amma risk etmirlər. Çətindir, artıq il yarımdır toysuz qalmışıq, bilinmir ki, hələ nə qədər davam edəcək".
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.