Qaynar xətt:

(+99450) 247 90 86

"Rusiyada toya burdakından da baha gedirik"

\\\"Rusiyada toya burdakından da baha gedirik\\\"

ŞOU-BİZNES

1269

21.05.2021, 22:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əməkdar artist Könül Kərimova sənət adamlarının Rusiyada toylara ucuz getməsi məsələsinə münasibət bildirib.

OXU24.COM big.az-a istinadən xəbər verir ki,müğənni "Günün sədası" proqramında ifaçıların orada ancaq yarım və 1 saatlıq toylara getdiyini deyib:

"Rusiyaya gedən müğənnilərin hərəsi bir qonorar tələb edir. Burada bütöv toy deyil. Çünki onlar bir ifaçını çağırıb, axıra qədər ona qulaq asmırlar. Yarım və 1 saat gedirik. Burada neçəyə gedirdiksə, qiymət eynidir və hərdən artıq da olur. Çox yanlış fikir formalaşdırılıb. Hələ müğənni toyda qəşəng şabaş da yığır. Orada belə bir hörmət də var. Müğənniyə hörmət xatirinə pul da verirlər".

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova Rusiyaya toya gedən sənət adamlarının ucuz qiymətə toy və konsertlərə getdiyini söyləyib. Sevil və Sevinc Səfərova bacıları isə "Göyərti qiymətinə toya gedirlər" sözləri ilə gündəmə gəlmişdilər.