“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil etdi
18 Avqust 2026, 21:20
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1190
10.05.2025, 00:49
2019-cu ildən “Xəzər” telekanalında yayımlanan “Komedixana” layihəsi illərdir izləyicilər tərəfindən sevilir. Layihənin ulduzları isə tamaşaçıların daim diqqət mərkəzindədir.
Bəs “Komedixana”nın parlaq ulduzlarından olan aktrisa Xəyalə Quliyeva kimdir?
Oxu24.com musavat.com-a istinadən aktrisasının dosyesini təqdim edir.
Xəyalə Quliyeva — Azərbaycanlı aktrisa və televiziya simasıdır. Onun yaradıcılığı əsasən yumoristik janra yönəlib və tamaşaçılar arasında öz məişət situasiyalarını ustalıqla və səmimi şəkildə canlandırması ilə sevilir. “Çəkirəm ha” verilişi ilə populyarlıq qazanan aktrisa xüsusilə “Komedixana” layihəsindəki rolları ilə tanınıb.
O, müxtəlif komik obrazlarda çıxış edərək, qadın rollarını həm klassik, həm də müasir formada təqdim edir. Onun səhnə plastikasında və zarafatlarında Azərbaycan qadınına xas olan ştrixlər tez-tez özünü göstərir ki, bu da izləyicilərə yaxın gəlir.
Xəyalə Quliyeva 26 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Qala kəndindəki 185 saylı məktəbdə təhsil alıb. Hələ məktəb illərindən incəsənətə çox meyilli olan Xəyalə məktəbdə keçirilən bütün tədbirlərdə aktiv iştirak edib.
O, qarmon ifaçılığı üzrə musiqi məktəbini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olub.
2003-cü ildə universitetin son kurslarında oxuyarkən ilk dəfə öz müəllifliyi ilə ATV telekanalında “Çəkirəm ha” layihəsi ilə efirə çıxıb. Bu veriliş böyük uğur qazanaraq az vaxtda çoxsaylı izləyici kütləsi yığıb.
2018-ci ildə qatıldığı “Maşın” şou 17-ci sürət Hind Kinosu layihəsində tamaşaçıların dəstəyi ilə şounun qalibi olub.
O “Komedixana”da canlandırdığı obrazlarla tamaşaçıların sevgisini qazanıb.
Yusif Musayevlə ailə həyatı qurub. Onun 2007-ci ildə oğlu Məhəmməd, 2012-ci ildə isə qızı Arzu dünyaya gəlib.
Xəyalə Quliyeva müsahibələrinin birində həyat yoldaşı haqqında bunları deyib:
“Sami Yusufun bir sözü var, deyir ki, sərbəstliyim həyat yoldaşımın qısqanclığının başladığı yerə qədərdir. Eynən bu, məndə də belədir. Çəkilişə qısqanmayacaq, çünki oraya getməliyəm. Film təqdimatları, dostlarım, əhatəm də onu qısqandırmır, amma bir yer var ki, ondan o tərəfə icazə olmaz. Məsələn, işdən çıxıramsa, evə gəlirəm, rəfiqələrim gəzməyə gedir, amma mən onlara qoşulub getmirəm. Bilirəm ki, evdə uşağım, ailəm var. Əgər bizi kollektiv olaraq harasa dəvət etsələr, həmin yerdə mütləq iştirak edirəm”.
Uğur sirrini isə belə açıqlayır:
“Həyatda uğurun sirri əslində qarşılıqlı dəstək və qarşılıqlı hörmətdən ibarətdir. Mən əziz insanlarımın dəstəyi ilə hər zaman irəliləmişəm və bu, məni daha da irəli aparır”.
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
35
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
65
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.