Qaynar xətt:

(+99450) 247 90 86

Xatunla Nazilə toyda dava edib: "Hamı şokda idi"

2019-03/1552903844_173495_8y8dvmo67w.jpg

ŞOU-BİZNES

815

18.03.2019, 14:09

\"\"  Aparıcı Elgiz Əkbər şairə Nazilə Səfərli ilə müğənni Xatun Əliyeva arasındakı küsülülüyün səbəbini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, o, \"Səhər-səhər\" verilişində bildirib ki, onlar Rusiya toylarından birində dava ediblər: \"Nazilə dedi ki, Rusiyada toyda idim. Xatun gəldi və mənim işimə qarışdı. İşçimlə söhbət edəndə mənə hücum etdi. Özünü çox pis apardı, stolların üstündə nə var idi dağıtdı. Hamı şokda idi\". Xatun \"Artıq heç kimi reklam etməyəcəm. Başqa söz danışın\" deyə, əsəbiləşdiyini gizlətməyib. Qeyd edək ki, Xatunla Nazilə əvvəl dost idi. Daha sonra isə onlar küsdüklərini açıqlamışdılar.