Könül Kərimovanın adı keçən cinayət işi: “Məndən şirkətimin möhürünü tələb etdilər” – MƏHKƏMƏ
16 Sentyabr 2026, 18:21
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
475
15.04.2024, 20:29
Xəbər verdiyimiz kimi, "7-17" mahnı müsabiqəsi ilə ölkədə məşhurlaşan müğənni Xəyalə Manaflı nişanlanıb.
OXU24.COM bildirir ki, iki gündən sonra toyu olacaq 39 yaşlı sənətçi nişanlısı Nurlan Rzayevadlı bəylə "Günaylı gün" verilişinin canlı efirində qonaq olub.
Xəyalə bildirib ki, Nurlanla "TikTok" video platformasında tanış olublar:
"Dostlarımın təqidi ilə "TikTok" platformasına girməyə, oradakı insanların istəyi ilə canlı yayım açmağa başladım. Günlərin bir günü gördüm ki, mənə şəkli, adı, soyadı olan bir insandan (nişanlısı Nurlanı nəzərdə tutur - red.) oyun oynamaq üçün təklif gəldi, mən də o təklifi qəbul etdim. Canlı yayım zamanı oyun oynadıq, normal ünsiyyətimiz alındı. Oyun oynamadan sadəcə ünsiyyət qururduq.
Hansısa mövzu ətrafında fikirlərimizi bölüşürdük, müzakirə edirdik. Sonradan gördüm ki, beynimdə tutduğum bir obraz var idi, insan xasiyyəti... Sonradan Nurlanla keçdik "WhatsApp"da mesajlaşmağa. Mənim hər zaman mühafizəkar mövqeyim vardı ki, dostluq ediriksə, yalnız dostluq edirik. Birdən bu dostluq başqa istiqamətə çevrilər. Dostluq bir gün gəldi "Mənimlə evlənərsən?" söhbətinə.
Təklif isə Nurlandan gəldi. Ona söylədim ki, məni əsla bu mövzuda tələsdirmə. Qərarım biraz gec ola bilər. Nurlan özü də dedi ki, mənə iki il lazımdır ki, buna adaptasiya olum. Mənim üçün şokdur, müğənni Xəyalə Manaflı ilə evlənmək, "götür-qoy" məsələləri... "Giləvar" adında bir mahnı yarandı... Şüvəlan dənizi sahilində Nurlan mənə evlilik təklifini etdi və bu mahnı yarandı. Nurlan bərbərdir".
Xəyalənin nişanlısı Nurlan bu münasibətin alınacağına çox çətinliklə inandığını söyləyib:
"Ümumiyyətlə, mən hər zaman əlçatmaz olana qaçmışam. Varlanaraq əlin onlara çata bilər... Sadə bir insanın Xəyalə Manaflıya əlinin çatmağı müşkül məsələ idi. Çətin oldu, amma oldu".
02:18 / 17 Sentyabr 2026
40
01:15 / 17 Sentyabr 2026
147
01:01 / 17 Sentyabr 2026
59
00:50 / 17 Sentyabr 2026
59
00:19 / 17 Sentyabr 2026
56
00:15 / 17 Sentyabr 2026
77
00:08 / 17 Sentyabr 2026
75
00:02 / 17 Sentyabr 2026
78
23:58 / 16 Sentyabr 2026
62
23:56 / 16 Sentyabr 2026
90
23:53 / 16 Sentyabr 2026
131
23:49 / 16 Sentyabr 2026
69
23:46 / 16 Sentyabr 2026
410
23:38 / 16 Sentyabr 2026
81
23:34 / 16 Sentyabr 2026
171
23:32 / 16 Sentyabr 2026
216
23:31 / 16 Sentyabr 2026
153
23:26 / 16 Sentyabr 2026
64
23:22 / 16 Sentyabr 2026
795
23:20 / 16 Sentyabr 2026
130
23:17 / 16 Sentyabr 2026
837
23:09 / 16 Sentyabr 2026
710
23:08 / 16 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.