Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycan ictimaiyyətinə ağır itki baş verdi

SON DƏQİQƏ! Azərbaycan ictimaiyyətinə ağır itki baş verdi

SON DƏQİQƏ

1330

26.06.2022, 11:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanlı qadın professor Aida Hüseynova vəfat edib.

Oxu24.com xəbər verir  ki, Bu barədə onun yaxınları məlumat yayıb.

Musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktorunun vəfat səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. Bir neçə il Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. ABŞ-nın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və bir çox digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib.

2008-ci ildən ABŞ-ın İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışırdı.