Nazirlər Kabineti məktəblərlə bağlı yeni QƏRAR VERDİ
26 Oktyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
64
26.10.2026, 20:17
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.
Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.
Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və 2027-ci ildə tamamlanması nəzərdə tutulan Katolik Kilsəsinin əhəmiyyətindən bəhs edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Müqəddəs Taxt-Tacın Azərbaycanda da nunsiaturasının (Vatikan səfirliyinin) yaradılmasının vacibliyini qeyd edib. O, Azərbaycanda bütün dinlər üçün bərabər və tamhüquqlu şərait yaradıldığını diqqətə çatdırıb.
Bütün Qafqazın şeyxi, eyni zamanda, son vaxtlar Vatikanın informasiya agentliyi olan "Vatican News"da bəzən erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayıldığını bildirib və bununla bağlı əsaslı dəlillər təqdim edib.
Məsələ ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verəcəyini bildirən Kardinal Kuvakad problemin aradan qaldırılacağını qeyd edib.
A. Paşazadə Kardinal Kuvakada Azərbaycan alimlərinə Vatikan kitabxanalarında yaradılmış şəraitə görə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, Anlaşma Memorandumu 4 fevral 2019-cu il tarixli "Dünya Sülhü və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi"nə istinadən həyata keçirilən ilk təşəbbüsdür. Memorandum dinlərarası dialoqun təşviq edilməsi istiqamətində Azərbaycanın tolerant mövqeyini bir daha aydın şəkildə ifadə edir.
Memorandumun müddəalarının icrası və dinlərarası dialoqun təşviqə dəstək məqsədilə Dialoq üzrə Daimi Birgə Komitə də təsis ediləcək. Vatikanla dini mərkəz arasında Anlaşma Memorandumunun imzalanması Vatikanın tarixində ilk hadisədir. Belə ki, Müqəddəs Taxt-Tac bu günə qədər əsasən dövlət təsisatları ilə analoji Memorandumlar imzalayıb.
Xatırladaq ki, Anlaşma Memorandumu ilə bağlı razılaşma bu ilin iyun ayında Kardinal Corc Ceykob Kuvakadın Azərbaycana səfəri zamanı əldə edilib.

21:05 / 26 Oktyabr 2026
45
21:02 / 26 Oktyabr 2026
46
20:56 / 26 Oktyabr 2026
39
20:30 / 26 Oktyabr 2026
61
20:26 / 26 Oktyabr 2026
61
20:07 / 26 Oktyabr 2026
81
19:57 / 26 Oktyabr 2026
59
19:43 / 26 Oktyabr 2026
85
19:17 / 26 Oktyabr 2026
74
19:00 / 26 Oktyabr 2026
73
18:47 / 26 Oktyabr 2026
85
18:36 / 26 Oktyabr 2026
100
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
81
17:45 / 26 Oktyabr 2026
177
17:01 / 26 Oktyabr 2026
121
17:00 / 26 Oktyabr 2026
373
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
118
16:17 / 26 Oktyabr 2026
117
16:08 / 26 Oktyabr 2026
326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.