Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğandan Bakı mesajı: Oktay Saral niyə vəzifəsini itirdi? — ŞƏRH  

Ərdoğandan Bakı mesajı: Oktay Saral niyə vəzifəsini itirdi? — ŞƏRH  

SİYASƏT

82

26.10.2026, 21:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralı vəzifəsindən azad etməsi regional siyasətdə və iki qardaş ölkə arasında diplomatiyada müzakirəyə səbəb olub. Oktay Saralın Azərbaycanda məktəbli geyim qaydaları ilə bağlı verdiyi bəyanatdan sonra işdən çıxarılması, rəsmi Ankara və Bakı arasındakı münasibətlərin hansı prinsiplərə söykəndiyini aydın nümayiş etdirir. Strateji müttəfiqlik və qardaşlıq münasibətləri ən yüksək səviyyədə olsa da, hər bir dövlətin suverenliyinə və daxili işlərinə hörmət prinsipi toxunulmazdır. Bu addım həm də münasibətlərə xələl gətirə biləcək hər hansı təxribat xarakterli və ya özbaşına açıqlamalara qarşı qətiyyətli mövqeyin göstəricisidir. Baş verənlər bir daha təsdiqləyir ki, dövlətlərarası münasibətlərin möhkəmliyi qarşılıqlı hörmət və daxili siyasətə müdaxilə etməmək prinsipləri üzərində qurulur.

Mövzunu Oxu24.com-a şərh edən politoloq Azad Məsiyev bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi və regionda yeni siyasi situasiya yarandı. Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik ən yüksək səviyyəyə qaldırıldı və Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının aparıcı dövlətləri kimi bu təşkilatın həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə inkişaf etməsinə töhfə verir. 

Onun sözlərinə görə, biz 'Bir millət, iki dövlət' fəlsəfəsi ilə yola çıxdıq, torpaqlarımız azad olundu, indi isə 'Bir millət, bir ittifaq' halında Turan ittifaqının formalaşması prosesi gedir:

“Türkiyənin regional gücdən qlobal gücə çevrilməsi və bu ittifaqın formalaşması Qərbin və bəzi dairələrin maraqlarına uyğun gəlmir. Bu baxımdan, iki dövlət arasında nifaq salmaq üçün müxtəlif təxribat xarakterli çıxışlar olunurdu. Mətbuatda və ictimaiyyətdə səslənən bu cür fikirlər münasibətlərə kölgə salmaq məqsədi daşıyırdı. Belə çıxışların hətta dövlət məmurları tərəfindən edilməsi münasibətlərdə gərginlik görüntüsü yaradırdı”.

Azad Məsiyev qeyd edib ki, Amerikalı Soros fondunun himayəsində olan təşkilatlar, Fətullah terror təşkilatından əməkdaşlıq edən şəxslər, Qərbin dəstəyində olan qeyri-hökumət təşkilatları Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmaq üçün müxtəlif mətbuat orqanlarında çıxışlar edirdilər:

“Mətbuatda səsləndirilən fikirlərə Azərbaycandan da reaksiya olunurdu. Belə olan təqdirdə ictimai rəydə münasibətlərin soyuması görüntüsü yaranırdı. Münasibətlər gərginləşmədən Türkiyə Prezidentinin Azərbaycan Prezidentinə zəng etməsi və məsələlərə telefon danışığında aydınlıq gətirilməsi proseslərə son qoydu. Türkiyə Prezidenti real addım atmaq məcburiyyətində qaldı və Azərbaycan əleyhinə səsləndirilən fikirləri səsləndirən məmurların özbaşınalığı və dövlətlərarası münasibətə xələl gətirəcək çıxışlarına görə cəzalandırılmalı idi. Türkiyə Prezidentinin müşavirinin də bu cür davranışı qəbul edilməz idi, çünki birbaşa həmin şəxsin Azərbaycanın daxili işlərinə müdaxiləsi qəbul edilməzdir”.

Azərbaycanda isə hansı addımların atıldığından bəhs edən politoloq vurğulayıb ki, bu, Azərbaycan dövlətinin daxili siyasətidir. Bu daxili siyasət xarici siyasətlə əlaqəli deyil idi. Şagirdlərin hicab məsələsi Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətiriləcək bir addım deyil. Nazirlər Kabinetinin verdiyi qərar Azərbaycanın daxili işidir. Onun Türkiyə ictimaiyyətinə və ya digər dövlətlərin müdaxiləsi qəbul edilmir:

“Biz xarici siyasətimizdə Türkiyə ilə həmişə birgə fəaliyyət göstərmişik və göstərməkdəyik. Türkiyə-Azərbaycan münasibətlərinin korlanması Qərbin maraqlarına uyğundur. Xaricdən idarə olunan bəzi qüvvələr iki dövlət arasında soyuqluq yaratmaq üçün təxribat xarakterli çıxışlar edirlər, lakin Türkiyə Prezidentinin qərarı öz müşavirinin işdən azad edilməsi digərlərinə də bir dərs olacaqdır”.

Çimnaz Telmanqızı