Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
253
26.10.2026, 22:04
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva oktyabrın 26-da Şamaxı şəhərində fəaliyyət göstərən sosial tikiş müəssisəsinə baş çəkiblər.
Oxu24.com xəbər verir ki, Leyla Əliyevaya və Alyona Əliyevaya müəssisənin fəaliyyəti, burada yaradılan iş imkanları və sosial dəstəyə ehtiyacı olan qadınların məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin təşəbbüsü ilə "Tənha anaların sosial inkişafına dəstək" layihəsi çərçivəsində yaradılan müəssisədə hazırda 21 qadın çalışır. Dövlətimizin dəstəyi ilə 10 qadınla fəaliyyətə başlayan müəssisə fəaliyyətini genişləndirərək Şamaxı rayonunun Göylər kəndində filialını açıb. Hazırda hər iki müəssisədə ümumilikdə 50-yə yaxın qadın çalışır.
Müəssisələrdə tənha analarla yanaşı, aztəminatlı ailələrin nümayəndələri də işlə təmin olunublar. Əsas hədəf işçi qüvvəsini artırmaq, daha çox qadının məşğulluğuna şərait yaratmaq və daha çox ailənin sosial rifahına töhfə verməkdir.
Səfər çərçivəsində Leyla Əliyeva və Alyona Əliyeva qadınların iş prosesi ilə tanış olub, onların fəaliyyəti ilə maraqlanıblar. Onlar müəssisədə çalışan qadınlarla xatirə şəkilləri çəkdiriblər.



00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.