Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQIQƏ! Türkiyədə ard-arda zəlzələlər oldu

SON DƏQIQƏ! Türkiyədə ard-arda zəlzələlər oldu

SON DƏQİQƏ

2771

07.08.2021, 09:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Türkiyədə eyni ərazidə 3 dəfə zəlzələ olub Türkiyədə eyni ərazidə 3 dəfə zəlzələ olub
Türkiyədə 3 zəlzələ qeydə alınıb. "Report"un “Habertürk”ə istinadən məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata görə, yeraltı təkanların hər üçü Muğla əyalətinin Datça rayonunda qeydə alınıb. Birinci zəlzələ yerli vaxtla saat 22:57-də 4,2 bal gücündə baş verib. Zəlzələ ocağı 31,9 kilometr dərinlikdə yerləşib. Bu yeraltı təkandan sonra saat 23:42-də 4,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb. AFAD-ın yaydığı məlumata görə, zəlzələ ocağı 22 kilometr dərinlikdə yerləşib. Ən güclü zəlzələ saat 04:39-da 4,9 bal gücündə baş verib. Zəlzələ ocağı 16,3 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.