Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
3525
06.08.2021, 20:14
Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyada yaşayan azərbaycanlılara müraciət edib.
Oxu24.com müraciəti təqdim edir:
"Rusiya Federasiyası Prezidentinin 15 iyun 2021-ci il tarixli 364 nömrəli Fərmanına əsasən, xarici vətəndaşların Rusiya Federasiyasında müvəqqəti qalma müddəti sentyabrın 30-dək uzadılıb. Bununla əlaqədar olaraq, həmvətənlərimizə hüquqi vəziyyətlərini tənzimləmək üçün ən qısa müddət ərzində faktiki olduqları yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət etməyi, miqrasiya qeydiyyatından keçməyi və ya müvafiq iş patentini əldə etməyi, müddəti keçmiş sənədlərinin vaxtını uzatmağı tövsiyə edirik.
Bunun üçün Rusiya Federasiyasında müvəqqəti qalmaq üçün müddətin uzadılması haqqında əsaslandırılmış ərizə və şəxsiyyəti təsdiq edən sənəd, həmçinin Rusiya Federasiyası ərazisində müvəqqəti qalma müddətinin uzadılması haqqında nişanın qoyulması məqsədi ilə miqrasiya kartı (olduğu təqdirdə) təqdim etməlidir.
Miqrasiya kartı itirildiyi və ya zədələndiyi təqdirdə, həmvətənlərmiz miqrasiya kartının dublikatını almaq üçün faktiki olduqları yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət edərkən bu haqda məlumat verməlidir.
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya Federasiyası ərazisində hüquqi statusu tənzimlənməmiş 100 minə yaxın Azərbaycan Respublikasının vətəndaşı yaşayır. Yuxarıda qeyd edilənləri diqqətə alaraq, bir daha hüquqi statusu tənzimlənməmiş həmvətənlərimizi bu məlumatı nəzərə almağı və ən qısa müddət ərzində qəbul olunmuş qərarın tələblərinə riayət edərək lazımi tədbirlər görməyi xahiş edirik".
12:57 / 11 Noyabr 2026
44
12:54 / 11 Noyabr 2026
52
12:48 / 11 Noyabr 2026
65
12:44 / 11 Noyabr 2026
79
12:35 / 11 Noyabr 2026
125
12:32 / 11 Noyabr 2026
86
12:29 / 11 Noyabr 2026
69
12:24 / 11 Noyabr 2026
381
12:19 / 11 Noyabr 2026
169
12:15 / 11 Noyabr 2026
90
12:09 / 11 Noyabr 2026
81
11:57 / 11 Noyabr 2026
523
11:50 / 11 Noyabr 2026
116
11:49 / 11 Noyabr 2026
159
11:43 / 11 Noyabr 2026
841
11:34 / 11 Noyabr 2026
94
11:32 / 11 Noyabr 2026
148
11:28 / 11 Noyabr 2026
163
11:16 / 11 Noyabr 2026
334
11:13 / 11 Noyabr 2026
93
11:11 / 11 Noyabr 2026
144
11:06 / 11 Noyabr 2026
111
10:56 / 11 Noyabr 2026
471
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.